Cəmiyyət

Deputatların etik davranış qaydaları ilə bağlı tələblər sərtləşdirilir

20 Aprel 2017 21:11
0 Şərh     Baxış: 202

Millət vəkillərinin məsuliyyəti və etik davranış qaydaları ilə bağlı tələblər sərtləşdirilir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, deputatların etik davranış qaydalarını kobud şəkildə pozanlar millət vəkili mandatından məhrum edilə bilərlər. Bunlar Milli Məclisdə İnsan hüquqları ilə Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin iclasında müzakirə olunan yeni qanun layihəsində öz əksini tapıb. Deputatın etik davranış qaydaları adlanan yeni qanun layihəsi ilə bağlı çıxış edən Azay Quliyev millət vəkili tərəfindən insanların şərəf və ləyaqətinin alçaldılmasını qadağan edən tələbin sərhədlərinin dəqiqləşdirilməsinə ehtiyac olduğunu deyib.
Millət vəkili Fazil Mustafa yeni qanun layihəsində geniş səlahiyyətlər verilən Milli Məclisin İntizam Komissiyasının deputatların işinə mane yarada biləcəyini vurğulayıb.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə qanun layihəsinin Konstitusiyanın referendumdan sonrakı yeni tələbləri nəzərə alınaraq hazırlandığını deyib.
Layihə ümumilikdə bəyənilərək parlamentin plenar iclasına tövsiyə olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.