Cəmiyyət

3 günə 5 kilo arıqlayın - KARTOF PƏHRİZİ

20 Aprel 2017 21:35
0 Şərh     Baxış: 3 770
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pəhriz siyahısına biri də əlavə olunub - kartof pəhrizi. Kartof pəhrizi 3 gündə 5 kilo arıqladır, lakin sağlamlığınızı da göz önünə almalısınız.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, sağlam qidalanma ilk növbədə balanslı qidalanma deməkdir. Balanslı qidalanma isə qida qruplarından bədənin ehtiyacı olan qədərini kifayət qədər qəbul etməkdir. Daha dəqiq desək, yediyimiz hər yeməyin olduğu bir qida qrupu varı və bədənin də bu yeməklərin olduğu 5 əsas qida qrupuna ehtiyacı var.

Bu qida qruplarındakı yeməklərin tərkibinə karbohidrat, zülal, mineral, vitamin və liflər daxildir. Balanslı qidalanma da burada ortaya çıxaraq bütün bu vitamin, mineral və liflərin hamısından kifayət qədər yemək deməkdir.
 
5 əsas qida qrupu:
 
* Süd və süd məhsulları
* Ət qrupu
* Tərəvəz və meyvələr
* Taxıl qrupu
* Yağ və şəkər qrupu
 
İndi isə keçək kartof pəhrizi və onun təhlükəli olmasının səbəblərinə. Yuxarıda da qeyd etdiyimiz kimi, qidaların qruplaşdırılmasına səbəb ehtiva etdikləri karbohidrat, zülal, mineral, vitamin və liflərdir. Bütün bunlardan kifayət qədər qəbul etmədikdə və ya birinə digərindən daha çox üstünlük verdikdə sağlamlıq təhlükə altına düşür. Kartof pəhrizində isə karbohidrat ağırlığı çoxdur. Bu səbəbdən də yalnız kartofla sağlam qidalanma təmin etmək olmaz.
 
Kartof pəhrizi
 
Bu pəhrizdə qaynadılmış kartofdan istifadə edilir. Həftəlik pəhriz siyahısı aşağıdakı kimidir.
 
 
1-ci gün
 
- Səhər yeməyi: Qaynadılmış kartof və 4 qaşıq qatıq
- Günorta yeməyi: Qaynadılmış kartof və 4 qaşıq qatıq
- Axşam yeməyi: 8 qaşıq qatıq
 
2-ci gün
 
- Səhər yeməyi: 4 qaşıq qatıq
- Günorta yeməyi: Qaynadılmış kartof və 3 qaşıq qatıq
- Axşam yeməyi: 8 qaşıq qatıq, qaynadılmış kartof
 
3-cü gün
 
- Səhər yeməyi: Qaynadılmış kartof
- Günorta yeməyi: Qaynadılmış kartof və 3 qaşıq qatıq
- Axşam yeməyi: 4 qaşıq qatıq
 
Bu pəhrizi etməzdən əvvəl mütləq mütəxəssislə məsləhətləşin. Elə isə, sağlam və qalıcı necə arıqlamaq olar?
 
* Pəhriz, sizə və sizin sağlamlığınıza zərər verən qidalanma vərdişlərindən xilas olmaq deməkdir və həyatınızın hər dövründə uyğunlaşa biləcəyiniz bir nizam olmalıdır.
* Su içməyə əsla laqeyd yanaşmayın.
* Pəhrizə boşqabınızdakı yemək payını kiçildərək başlaya bilərsiniz.
* Duzu və şəkəri həyatınızdan çıxarın. Yağı isə məhdudlaşdırın.
* Xüsusilə də evdə mayalanmış qatıq yeməyə üstünlük verin.
* İdmanı həyatınıza daxil edin.
* Səhər yeməyi və ara paylara biganə yanaşmayın.
* Süfrəyə əsla çox ac oturub çox tox durmayın.
* Bitki çayları ilə bədəndə olan şişləri aradan qaldıra bilərsiniz. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.