Cəmiyyət

Azərbaycanda ağır yol qəzası baş verib, ölən və yaralananlar var - YENİLƏNİB

19 Aprel 2017 08:33
1 Şərh     Baxış: 2 591
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

08:33

Qazax şəhərində baş verən ağır qəzada ölən və yaralananların kimliyi məlum olub. Milli.Az APA-ya istinadən xəbər verir ki, qəzada dünyasını dəyişən qadın Qazax şəhər sakini Səadət İsmayılovadır. Xəsarət alan uşaq isə qadının övladı 2 yaşlı İsmayılov Fuad Elmir oğludur.

Bundan başqa, avtomobildə olan 60 yaşlı Rəna Xasməmmədovada xəsarət alıb. Yaralılar Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir. Məlumata görə içərisində qadınlar və uşaq olan "Opel" markalı avtomobilin sürücüsü maşını saxlayaraq mağazaya girib. Başqa bir avtomobil isə sürətlə hərəkət edərək "Opel"ə çırpılıb.
 
Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.

---------

08:20

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonu ərazisində "Mitsubishi" markalı minik avtomobilin "Opel" markalı minik avtomobili ilə toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq "Opel" markalı minik avtomobilində xəsarət alaraq sıxılmış vəziyyətdə qalmış 3 nəfəri və 1992-ci il təvəllüdlü İsmayılova Səadət Məcid qızının cəsədini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 23:01-də başa çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.