Cəmiyyət

Tovuzda “Alazan” maketi aşkarlandı - FOTO

18 Aprel 2017 22:57
0 Şərh     Baxış: 573

Aprelin 18-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) ekspertləri Daxili İşlər Nazirliyinin "102" xidməti - Zəng mərkəzi sisteminin məlumatı əsasında Tovuz rayonunun Əyyublu kəndində minalardan təmizləmə əməliyyatı aparıblar.

Milli.Az-a ANAMA-dan bildiriblər ki, əməliyyat nəticəsində bir əkin sahəsinə baxış keçirilib, təlim məqsədli 82 millimetrlik "Alazan" raketinin maketi aşkarlanaraq götürülüb. Ümumilikdə 150 kvadratmetr ərazi yoxlanılıb.

Yanvarın 1-dən aprelin 18-dək agentlik tərəfindən 5130 partlamamış hərbi sursat, 83 tank əleyhinə mina və piyada əleyhinə 9 mina aşkar olunaraq zərərsizləşdirilib. Cəmi 1 milyon 947 min 238 kvadratmetr ərazi yoxlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.