Cəmiyyət

Cənub bölgəsində yüzlərlə arı ailəsi tələf olub

18 Aprel 2017 21:13
0 Şərh     Baxış: 353

Cənub bölgəsində gənə xəstəliyi səbəbindən yüzlərlə arı ailəsi tələf olub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bölgənin rütubətli iqlimi bu xəstəliklərin geniş yayılmasına rəvac verib. Arı təsərrüfatlarına dəyən ziyan 30-42 faiz arasında dəyişir. Gənələrin arı yeşiklərinə daraşmalarına qarşı qış mövsümü boyunca aparılan mübarizə üsulları səmərəsiz olub. Xəstəlik törədən gənələrin qarşısını tam alan dərman olmadığından fermerlər narahatdırlar.
Astara Arıçılıq Assosiasiyasının sədri Arif Nəzirov arılar arasında xəstəliyin kəskin hal aldığını, bununla bağlı bütün müvafiq qurumları məlumatlandırdıqlarını bildirdi. Onun sözlərinə görə, vaxtında bu problem həll olunmasa, yenidən kütləvi qırılma halları müşahidə oluna bilər.
Fermerlər bu halın bal istehsalına da təsir edəcəyini bildirirlər. Astara rayonunda 26 min arı ailəsi var. Dağ kəndlərində əksər ailələr arıçılıqla məşğuldur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.