Cəmiyyət

Zəncirvari qəza baş verib, sığorta şirkəti dəymiş ziyanı ödəmir

18 Aprel 2017 21:09
0 Şərh     Baxış: 352

Zəncirvari qəza baş verib, sığorta şirkəti isə dəymiş ziyanı ödəmir.

Xezerxeber.az-ın məlumatına görə, paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində yaşayn Elşən Xanalıyev deyir ki, aprelin 10-u səhər saatlarında idarə etdiyi minik avtomobilini Ramana qəsəbəsi ərazisində Vidadi Məmmədovun sükan arxasında olduğu minik maşını vurub.
Elşən Xanalıyevin maşını da Ramana qəsəbə sakini Kamil Ramazanova məxsus, hərəkətsiz dayanmış minik avtomobilinə dəyib.
Hər iki avtomobilə 1200-1300 manata yaxın ziyan dəyib.
Polis qəza ilə bağlı protokol tərtib edib. Qəzaya səbəbkar kimi də Vidadi Məmmədov göstərilib. Lakin onun avtomobilini icbari qaydada sığortalayan şirkət digər maşınlara dəymiş zərəri ödəməkdən imtina edir.
Vidadi Məmmədov əvvəlcə digər sürücüləri ittiham etsə də sonradan polisə verdiyi ifadəni xatırlamadığını bildirir. Məsələ ilə bağlı sığorta şirkətindən isə "Xəzər Xəbər"ə bildirildi ki, ərazidəki müşahidə kameralarının görüntülərinə baxıblar və qəzanın səbəbkarının Vidadi Məmmədov olmadığı qənaətinə gəliblər. Bu səbəbdən də digər sürücülərə dəymiş ziyan ödənilməyəcək. Avtomobillərin sahibləri bununla razı deyillərsə, məhkəməyə müraciət etsinlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.