Cəmiyyət

Evakuator bu dəfə avtomobil yox, ev daşıdı - VİDEO

18 Aprel 2017 21:03
0 Şərh     Baxış: 539

Evakuator bu dəfə avtomobil yox, ev apardı...

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, özündən böyük yükü aparması ilə qayda pozması bir yana, hələ sürücü sürətə həddinə də fikir vermir.
Dəmir konstruksiyadan olan evi evakuator sürücüsü Bakı-Ələt yolu ilə aparkən başqa bir sürücü tərəfindən çəkilib.
Görüntülərdən aydın olur ki, evin eni 3, hündürlüyü isə təxminən 2 metrdən çoxdur. Yəni ev evakuatorun yedəyindən hər iki tərəfdən 1 metrə qədər kənara çıxıb.
Kadrları izləyən yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, bu nəyinki evakuator sürücüsünün özü, hətta digər hərəkət iştrakçıları üçün də böyük təhlükə yaradır.
Əgər yük nəqliyyat vasitəsinin kənarlarından, onun qabarit enindən 40 sm-dən çox xaricə çıxarsa, yükə xüsusi işarələnmə tətbiq edilməlidir və yolda hərəkəti üçün də icazə alınmalıdır. Ekspertin sözlərinə görə, əgər yük evakuatordan 1 metr kənara çıxarsa, burda da yük işarələnməli, həmin nəqliyyat vasitəsi isə təhlükəsizliyi təmin etmək üçün hər iki tərəfdən müşayiətlə hərəkət etməlidir.
Sözügedən təhlükəli vəziyyətə görə təkcə sürücü yox, həm də yük daşıyan şirkəti cərimə gözləyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Evakuator bu dəfə avtomobil yox, ev daşıdı, təhlükəli vəziyyət yaratdı

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.