Cəmiyyət

Gizli giriş-çıxışı olan, 800 yaşlı sirli məbədin ACINACAQLI VƏZİYYƏTİ - VİDEO - FOTO

18 Aprel 2017 15:27
0 Şərh     Baxış: 1 812

Abidənin bu vəziyyəti sakinləri də narahat edir.

Bu gün dünya Azərbaycanı həm də tolerant ölkə kimi tanıyır. Tolerantlıq bizə əsrlərin yadigarıdır. Yüz illərin sınağından çıxıb, bu günümüzədək çatan tarixi abidələr bunu sübut edir. Onlardan biri də gördüyünüz bu Alban məbədidir. 

Milli.Az ARB 24-ə istinadən xəbər verir ki, sözügedən ibadət evi Tovuzun Qarabağlılar kəndində dağ ətəyində yerləşir. Kənd sakinlərinin dediklərinə görə, abidənin 800 yaşı var. İbadət ocağının hündürlüyü 6, sal daşlardan tikilən divarların eni isə 1 metrdir. Tikilinin bir neçə qapısı və pəncərəsi də var. Damı günbəz formasındadır. 

İkimərtəbəli abidənin gizli giriş-çıxışları da var. Amma digəl ki onun hara aparıb çıxardığı hələ də sual doğuran məqamlardandır. Daha sonrakı illərdə isə bura ərzaq və silah-sursat anbarı kimi istifadə olunub. Bu abidənin hər bir daşı özündə tarixi sirləri yaşadır. 

Hazırda abidənin vəziyyəti acınacaqlıdır. Onun yaşı kimi, ona göstərilən diqqət də çox qədimlərə gedib çıxır. İllərə sinəgərən tarixi tikili indi son günlərini yaşamaqdadır. Yeri gəlmişkən,bu məbədi də ermənilər öz adlarına çıxmaq istəyiblər. Ancaq abidə özü elə baxımsızlıqdan sıradan çıxacaq.

Bu gün abidənin arzuolunmaz vəziyyətdə olması ən çox yerli sakinləri narahat edir. Mədəniyyət və Turizm Nazirliyindən məsələni diqqət mərkəzində saxladıqları bildirilsə də, hələlik ortada real iş yoxdur. Nazirlik rəsmisi aibdədə restavrasiya işlərinin görüləcəyi ilə bağlı vədini verdi. Bizə isə deyilən vaxtadək gözləmək və günümüzə qədər gəlib çatan məbədin bir hissəsini mühafizə etmək qalır. Hər halda keçmiş dünyagörüşü və tariximizi əks etdirən abidənin qayğısına qalmaq bizim vətəndaşlıq borcumuzdur.

Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Gizli giriş-çıxışı olan, 800 yaşlı sirli məbədin ACINACAQLI VƏZİYYƏTİ

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.