Cəmiyyət

Quldurluqda təqsirləndirilən şəxslərin apellyasiya şikayəti təmin edilməyib

17 Aprel 2017 21:20
Baxış: 316

Bakı Apellyasiya Məhkəməsində quldurluqda və qəsdən sağlamlığa ağır zərbə vurmaqda təqsirləndirilən Qulu Abdullayev və Kamran Cəfərzadənin apellyasiya şikayətlərinə baxılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, məhkəmə şikayətləri təmin etməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə  Q Abdullayev və K. Cəfərzadə hər biri 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən onlar apellyasiya şikayəti verərək, cəzalarının azaldılmasını istəyiblər.
 
 İttihama görə, 2015-ci ilin noyabr ayının 3-də Ramana qəsəbəsi, Şuşa şəhərciyində qəsəbə sakini Aynur Teymurova bıçaqlanıb. Sabunçu Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi və 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ramana qəsəbə sakinləri - 1998-ci il təvəllüdlü Q. Abdullayev və 1999-cu il təvəllüdlü K. Cəfərzadə tutulub.
 
Q. Abdullayev Cinayət Məcəlləsinin və K.Cəfərzadə Cinayət Məcəlləsinin 181-ci (quldurluq) və 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham olunurlar. K. Cəfərzadə A. Teymurovanın oğlunun sinif yoldaşı olub.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.