Cəmiyyət

Dünyaya səs salacaq film gəlir - "Mübariz" - VİDEO

17 Aprel 2017 15:36
8 Şərh     Baxış: 2 340
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun həyatından bəhs edən "Mübariz" filminin tizeri yayımlanıb.

Milli.Az SalamNews-a istinadən bildirir ki, keyfiyyətli ekşın səhnələrilə sosial şəbəkələrdə insanların böyük rəğbətini qazanan tizerin, türk və qeyri-türk dünyasında böyük əks-səda doğuracağı gözlənilir.

Ekran əsəri Türkiyənin "İst Film" şirkəti tərəfindən ərsəyə gətiriləcək.

Kifayət qədər yüksək büdcəyə malik olan tizer, İstanbulda "İst Film" çəkiliş qrupu tərfəfindən, professional kaskadyorlarla çəkilib.

Filmdə tanınmış məşhur aktyorların yer alması nəzərdə tutulub. Türkiyə, Hollivud, Bollivud, o cümlədən Azərbaycanın sevilən aktyorlarının filmdə yer alması gözlənilir. Ekşın səhnələri üçün xüsusi olaraq dünyada tanınan rejissorlarla görüşülüb.

Xatırladaq ki, film Azərbaycanda çəkiləcək. Ssenarinin artıq təməl hissəsi hazırdır. Ətraflı olaraq ssenari çalışmaları üçün isə yaxın günlərdə "İst Film" yaradıcı qrupu və ssenarist Bakıya gələcək. Qeyd edək ki, filmin ssenarisi Ali Doğançay (Türkiyə) və Rəşad Süleymanoğlu (Azərbaycan) tərəfindən yazılacaq.

Tezliklə hazırlıq işləri başa çatdıqdan sonra filmin çəkilişlərinə başlanılacaq. Filmin 2018-ci ildə kinoteatrlarda tamaşaçıların ixtiyarına veriləcəyi planlaşdırılır.

"Mübariz" filminin tizeri ilə bağlı mətbuat konfransı 18 aprel saat 12:00-da "Flame Towers - Park Cinema"da keçirələcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Türklər Mübariz İbrahimov haqda film çəkdilər - FOTO

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.