Cəmiyyət

Belə insanlar dirilər arasında olan ölü sayılır

18 Aprel 2017 21:40
10 Şərh     Baxış: 819

Allah Təala Qurani-Kərimdə buyurur: "Gərək sizdən (aranızda) (insanları) xeyir işə dəvət edən, yaxşı işə buyuran və pisliklərdən çəkindirən bir dəstə olsun. Məhz onlardır nicat tapanlar!".("Ali-İmran" 104).

Peyğəmbərimiz (s) hədislərin birində İslamı on hissəyə bölmüşdür ki, onun ikisini əmr-be-məruf və nəhy-əz-munkərə ayırmışdır. Həzrət (s) buyurur: "Əmr-be-məruf - vəfadarlıqdır. Nəhy-əz-münkər - hüccəti tamamlamaqdır".
Bəli, hər kim başqalarını yaxşı işlərə dəvət edər, Allaha vədarlığını bir daha nümayiş etdirər. İnsan necə rahat şəkildə günahı görüb, susa bilər ki? Bu cür insanı İslama və dinə vəfadar olan kimi qəbul etmək olarmı? İmam Baqir (ə) buyurur: "Həqiqətən də əmr-be-məruf və nəyh-əz-münkər - peyğəmbərlərin (ə) və salehlərin yoludur".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Peyğəmbərimiz (s) nəhy-əz-münkəri ona görə hüccət adlandırır ki, günahkarlara yanlış iş gördüyünü yada salırsan. Bu xatırlatma sayəsində onların Allah dərgahında bəhanə gətirmək üçün artıq yerləri qalmaz. Bundan başqa, Allah bu yolla bizi də imtahana çəkir ki, görək biz də günaha razıyıq, yoxsa yox?
Əgər biz başqalarının etdiyi günaha sükut etsək və göz yumsaq, biz də onların etdiyi günaha şərik sayılarıq. Ona görədir ki, İmam Sadiq (ə) buyurur: "Əgər insan münkər görər və o halda ki, ona reaksiya verə bilər və onu inkar etməzsə, böyük Allaha qarşı itaətsizliyə sevgisini göstərmiş olar. Hər kim Allah Təalya itaətsizliyi sevər, Allahla düşmənçiliyini zahir etmiş olar".
İmam Əli (ə) buyurur: "O kəs ki, nəhy-əz-munkəri qəlbi, əli və dili ilə tərk edər, o, dirilər arasında olan ölüdür".
Hər kim bu İlahi vacibatı yerinə yetirər, əslində izzət əldə edər.
İmam Sadiq (ə) buyurur: "Əmr-be-məruf və nəhy-əz-munkər - Allahın iki məxluqudur. Ona görə də hər kim onlara yardım edər, Allah onu ən əziz edər. Hər kim onları xar edər, Allah onu ən zəlil edər".
Bu İlahi vacibatı yaddan çıxartmayaq və boynumuzda olan hüccəti yerinə yetirək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

10 Şərh:

  • Anonim
    Əli proqnoz.№ · 18 Aprel 21:4580

    İmam Əli (ə):Dünya bədbəxtlərin arzusu, axirət isə xoşbəxtlərin qurtuluş və uğurudur. (Ğurərul-Hikəm, hədis 694+695)

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Aprel 21:4680

    İmam Əli (ə):Axirətdən möhkəm yapış ki, dünya sənə kiçik gəlsin. (Ğurərul-Hikəm, hədis 6080)

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Aprel 21:4780

    İmam Əli (ə):Həqiqətən dünya səndən ayrılandır, axirət isə sənə yaxındır.(Nəhcül-Bəlağə, məktub 32)

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Aprel 21:4780

    İmam Əli (ə):Öz əbədi evini abadlaşdıran kəs ağıllıdır. (Ğurərul-Hikəm, hədis 8298)

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Aprel 21:4880

    .İmam Əli (ə):Dünya qurtaran, axirət isə əbədidir.(Ğurərul-Hikəm, hədis 4)

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Aprel 21:4880

    İmam Əli (ə):Axirətin heç bir əvəzi yoxdur və dünya insanın qiyməti deyil.(Ğurərul-Hikəm, hədis 7502)

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Aprel 21:4980

    İmam Əli (ə):Kim axirəti çox yadına salsa günahı və (Allaha qarşı) itaətsizliyi az olar. (Ğurərul-Hikəm, hədis 8769)

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Aprel 21:4980

    Allahın Peyğəmbəri (s):Dünyan üçün elə işlə ki, sanki əbədi yaşayacaqsan və axirətin üçün elə iş gör sanki sabah öləcəksən.(Tənbihul-Xəvatir, c.2, səh.234)

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 Aprel 21:5080

    İmam Əli (ə):Dünyaya rəğbəti ola-ola axirət üçün iş görmək faydasızdır.(Ğurərul-Hikəm, hədis 10829)

    Cavab yaz
  • Anonim
    İltiba.A · 18 Aprel 21:5080

    Allah günahlarımızı bagışlasın.Ve dogru yola hidayet elesin.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.