Cəmiyyət

Qarğıdalının faydaları

18 Aprel 2017 21:45
3 Şərh     Baxış: 1 426

Anemiyanı əngəlləyir: Anemiyanın meydana çıxmasının ən əhəmiyyətli səbəblərindən biri B12 və Fol turşusunun bədəndə qeyri-kafi miqdarda olmasıdır. Qarğıdalı qanda çox əhəmiyyətli bir vəzifəni yerinə yetirən qırmızı qan hüceyrələrinin ehtiyac duyduğu əsas qidalara da imkan verir. Anemiya xəstəliyinin ən əhəmiyyətli səbəblərindən bir olan dəmir çatışmazlığını aradan qaldırmaqda əhəmiyyətli bir rol oynayır.

Göz sağlamlığını qoruyur: Qarğıdalının sarı dənələri göz mərkəzində meydana gələ biləcək makula degenerasiyası, yəni görmə pozğunluğu riskini azaldan karotenoid deyilən maddələr ehtiva edir. Milli.Az deyerler.org-a istinadən bildirir ki, bununla yanaşı beta-karoten də ehtiva edir və beləcə daha yaxşı görmə qabiliyyəti təmin edir. Həmçinin A vitamini daşıyır və bu vitamin sayəsində uzun müddət göz sağlamlığını qoruyur.
 
Diabet və yüksək təzyiqi əngəlləyir: Qarğıdalının diabet problemlərinin həll edilməsində və azaldılmasında inanılmaz faydası var. Qarğıdalı dənələrinin nizamlı olaraq istehlak edilməsi insulin asılılığı olmayan diabet xəstəliklərini aradan qaldırır. Bundan başqa, ehtiva etdiyi B vitamini, protein və karbohidratlar sayəsində böyrəküstü vəzilərinin fəaliyyətinin dəstəkləyərək stressi əngəlləyir.
 
Güclü bağ toxumasına imkan verir: Bağ toxuması sümüklər, əzələ və qığırdaqdan meydana gəlir. Qarğıdalı bağ toxumasını gücləndirən minerallar ehtiva edir. Bağ toxumasının sağlamlığı üçün qarğıdalının tərkibində manqan mövcuddur. Bir stəkan qarğıdalı günlük manqan ehtiyacının 12%-ni ödəyir.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Esra ibrahimli (Samaxi) · 18 Aprel 22:2920

    Coxxxx coxxxx xosuma gelirrr,Duz vur isti-isti ye, axirda da siresin somurursan lezzet edir.

    Cavab yaz
  • Anonim
    SPARTALI · 18 Aprel 23:1410

    Vaxti yaxinlasir insALLAH

    Cavab yaz
  • Anonim
    Niqus · 18 Aprel 23:1800

    Esra xanim.ele yazdinizki lap.ureyim istedi qargidali

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.