Cəmiyyət

Xərçəng hüceyrələrini məhv edən meyvə

18 Aprel 2017 22:15
3 Şərh     Baxış: 4 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparılan araşdırmalar nəticəsində blaşvud adlı ağacın meyvəsinin xərçəng hüceyrələrini yox etdiyini göstərir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, elm adamları bu meyvədən aldıqları fermentlə xərçəng şişlərini yox etməyi bacardılar. Hal-hazırda sınaq mərhələsində olan dərman EBC-46 adını daşıyır. Bu meyvənin üzərində araşdırma aparan doktor Qlen mövzu barəsində məlumat verib: "Klinik sınaqlarımızda, dərmanı şiş olan hissəyə köçürdük. Beş dəqiqə ərzində həmin bölgədə göyərmə oldu. 24 saat ərzində isə şişin olduğu bölgə tamamilə qaraldı. Bunun üzərindən bir neçə gün keçəndən sonra, həmin bölgədə qabıq meydana gəldi. 1.5 həftə ərzində qabıq özbaşına düşdü və şiş yox oldu".
 
EBC-46-nın siçanlarda, itlərdə və atlarda sınanıldığı və müvəffəqiyyətli nəticələr əldə edildiyi bildirilib.
Hələki ancaq heyvanlarda sınanan laboratoriya analizlərində 70% müvəffəqiyyətli nəticələr əldə edilib. Ancaq bu məhsul müxtəlif səbəblərə görə, hələ insanlar üzərində sınanmayıb. Bu səbəblə araşdırmaçılar mövzuyla əlaqəli hələ qəti bir söz söyləmirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.