Cəmiyyət

Sabahın HAVAsı

16 Aprel 2017 11:54
209 Şərh     Baxış: 7 568
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Milli.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 7-10° isti, gündüz 17-22° isti, Bakıda gecə 8-10° isti, gündüz 19-21° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 75-85 %, gündüz 45-50 % təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, haava əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman. Lakin gündüz bəzi qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.