Cəmiyyət

Paytaxt sakinləri qorxu içində - Qurumlar isə biganədir - VİDEO - FOTO

14 Aprel 2017 12:12
5 Şərh     Baxış: 1 094

Bu problemlə paytaxt sakinləri hər gün üzləşirlər, sahibsiz itlər günün-günorta çağı qarşınıza çıxır, gecələr də itlərin boğuşmasından göz yummaq mümkün olmur. Düzdür, bu haqda kifayət qədər danışılsa da, paytaxt küçələrində toplu şəkildə gəzən "sahibsiz dördayaqlı"lar hələ də sakinlər üçün təhlükə mənbəyinə çevrilib. Onlar quduzluq xəstəliyinin yayılmasından tutmuş insanların fərdi təsərrüfatına zərər vurmağa və hər zaman qorxu altında yaşamasına səbəb olur.

Milli.Az ARB 24-yə istinadən xəbər verir ki, paytaxtın mərkəzi küçələri daxil olmaqla hər yerdə sürü ilə gəzən itlərə rast gəlmək mümkündür.

Qabaqlar sahibsiz itləri öldürürdülər, indi vəziyyət tam başqadır. Onları vurmaq qadağandır.

Ülkər Mirzəzadə - şəhər sakini: "Yolnan getdiyim halda birdə görürəm ki, qarşıma it sürüsü çıxır və məcbur olub yolumu uzadaraq başqa yerlə gedirəm".

Heyvanlar aidiyyəti qurumların əməkdaşları tərəfindən küçələrdən yığılmalı və sığınacaqlara təhvil verilməlidir. Lakin həmin qurumların səhlənkarlığı, məsuliyyətsizliyi sonda bu cür mənzərənin yaranmasına gətirib çıxarıb. İt dişləməsinin quduzluğa səbəb olduğunu bilirik. Və onu da bilirik ki, quduzluq - ona qarşı vaxtında vaksin vurulmazsa, qısa zamanda ölümlə nəticələnən xəstəlikdir.

Məsələnin bu cür ciddiliyini nəzərə alsaq, cəmiyyətin üzləşdiyi təhlükəyə qarşı aidiyyəti qurumların biganəliyi sual doğurur. Ekspertlərin fikrincə, quduzluq xəstəliyinin daşıyıcısı olan bu itlər peyvənd olunmalıdır. Profilaktik tədbirlərin həyata keçirilməsi təqdirəlayiq addımdır. Amma bu kifayət deyil.

Dünya təcrübəsinə nəzər yetirsək, görərik ki, bəzi inkişaf etmiş ölkələrdə sahibsiz itlər tutularaq xüsusi mərkəzlərə aparılırlar. Orada erkək heyvanları axtalayır, dişi heyvanları sterilizasiya edirlər. Bu şəkildə itlərin nəsilartırma qabiliyyəti kəsilir. Bununla da küçə heyvanlarının çoxalmasının qarşısı alınır. Sonra onları sığınacağa verirlər.

Yeri gəlmişkən, Azərbaycanda da bütün standartlara cavab verən, heyvanların saxlanılması üçün fəaliyyət göstərən müasir mərkəzlər var. Mərkəzin yaradılmasının əsas məqsədi evsiz heyvanlara nəzarət, onlara yardım və Azərbaycanda heyvanlara mərhəmətli münasibət mədəniyyətinin inkişaf etdirilməsidir. Burada hazırda 70-dən çox sahibsiz it saxlanılır. Bir vaxtlar sahibsiz itlərin çoxalmasının qarşısını müvafiq qurumlar güllələnmə üsulu ilə alırdılar. Lakin Azərbaycan 1997-ci ildə Strassburqda "Heyvanların mühafizəsi"ilə bağlı konvensiyaya qoşulub və 2007-ci ildə isə "Heyvanların mühafizəsi haqqında" qanun qəbul olunub. Bu qanuna əsasən heyvanları öldürən və ya qəddar rəftar edən şəxslər "İnzibati Xətalar Məcəlləsi"nin müvafiq maddələrinə uyğun olaraq cərimə olunacaqlar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Paytaxt sakinləri qorxu içində - Qurumlar isə biganədir

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Boyyy · 14 Aprel 12:1420

    Fikirlasiram hardan . Isdi it zad yisa bizi kima sikayat eliyacayik ???

    Cavab yaz
  • Anonim
    1977 · 14 Aprel 14:2910

    Bax bu itler de meni narahat edur seher uwaqlari mektebe aparmaqa adam qorxur .. gerek hansisa uwaqi it diwleye sonra ele ayaqa duweler

    Cavab yaz
  • Anonim
    Xeyri · 14 Aprel 15:0810

    Ahmedlide yasayiriq. Buralar o gundedi. Axsam dusen kimi adam qorxur kuceye cixmaga.

    Cavab yaz
  • Anonim
    naza · 14 Aprel 15:5601

    İti saxlayıb, sonradan küçəyə atanı cəzalandırın da. İnsanlarda quduzlaşma gedir bir-birinə qarşı.

    Cavab yaz
  • Anonim
    Vafa · 15 Aprel 01:4711

    Ayib olsun sizlere. Itde allahon bir yaratdiqidir.itler hec vaxt insana durdux yerde hucum etmir.yeqin yaziq heyvani qorxuzublar.gerk valideyinler usaqlarina terbiye versinler ki heyvanlarla pis zarafat etmesinler.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.