Cəmiyyət

"Onlar 1 saat üçün 15-20 manat əmək haqqı istəyirlərsə..."

14 Aprel 2017 07:54
0 Şərh     Baxış: 3 601
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycanda sertifikatı olan 150-dən çox turizm rəhbəri, yəni bələdçi fəaliyyət göstərir.

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, həmin bələdçilər Bakı Ekskursiya Bürosu və Azərbaycan Turizm və Menecment İnstitutu tərəfindən təşkil olunan kurslarda hazırlanıb.

N.Bağırov əlavə edib ki, hotel və turizm şirkətlərinin yalnız sertifikatı olan bələdçilərlə işləməsi tövsiyə edilir. Bu məqsədlə turizm müəssisələrinə dəfələrlə tövsiyə xarakterli məktublar da göndərilir:

"Bu gün həm sertifikatlı, həm də təəssüflər olsun ki, sertifikatsız bələdçilər var. Biz hotel və turizm şirkətlərinə tösviyə xarakterli məktublar göndərərək bildiririk ki, sertifikatsız bələdçilərlə çalışmasınlar. Təəssüf ki, sertifikatsız bələdçilər İçərçişəhərin ətrafında və digər ərazilərdə turistlərlə birbaşa əlaqəyə girir və onlarla sövdələşmə aparırlar. Sertifikatı olan bələdçilər 1 saat üçün 15-20 manat əmək haqqı istəyirlərsə, setifikatsız bələdçilər 5-7 manatla turistləri özlərinə cəlb edirlər. Problem ondadır ki, bu gün sertifikatı olmayan belə bələdçilərə nəzarət etmək imkanımız yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.