Cəmiyyət

Günün qoroskopu: travma və stresslər təhlükəsi var

17 Aprel 2017 00:01
142 Şərh     Baxış: 10 214
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - bu gün hiss və emosiyalarınızı cilovlayın. Pərişanlıq və ya qəzəbinizi aşkarlamayın. Ev işlərində, ailə münasibətlərində qısamüddətli problemlər yarana bilər. Ümumiyyətlə, şəxsi həyat müstəvisində bu gün rahatlıq yoxdur.

Buğa - sevdiyiniz insanla təmaslarda qısamüddətli sərinlik yarana bilər. Səmimiyyəti və istəkləri öldürən, sizi nələrəsə vadar edən tapşırıqlara üsyan etməyin. Əks təqdirdə, işdə və ya münasibətlərinizdə ciddi problemlər yarana bilər.

Əkizlər - daşlaşmış stereotiplərdən qurtulmaq, yeni işə başlamaq, cəsarətli qərar qəbul etmək, özünüzü sınamaq üçün əlverişli gündür. Bu gün nə isə qeyri-adi iş görmək, qeyri-adi eksperimentə əl atmaq istəyə bilərsiniz. Lakin ifrata varmayın, planlarınızı sonadək götür-qoy edin.

Xərçəng - planlaşdırılmış istirahət və ya görüşdən gözlədiyiniz nəticəni almayacaqsınız. Sərt qərarları təxirə salın. Şəxsi həyat, maliyyə durumu, dostlar və tanışlarla münasibətlərdə köklü dəyişikliklərə tələsməyin.

Şir - ailə üzvləriniz və yaxınlarınızla münasibətlərdə səmimi olun. Hərəkət, aktivlik, şərait dəyişikliyi, yeni təssüratlar və hisslər məsləhətdir.

Qız - alış-verişi günün ikinci yarısına saxlayın. Çoxdan istədiyiniz əşyanı ala bilərsiniz. Amma həmin əşya bahadırsa, almayın. Onsuz da bu fani dünyanın təcrübəsi göstərir ki, əşyaların qiymətləri əksər zaman sonradan ucuzlaşmaq şakərinə malikdir.

Tərəzi - özünüzə və ehtiyaclarınıza vaxt ayırmaqla yanaşı, həmin tələbatların ödənilməsi üçün vasitələrin təminatına can atın.
Yaxın ətrafınızda, münasibətlərinizdə, perspektiv planlarınızda nəyisə dəyişmək istəyirsinizsə - tələsin.

Əqrəb - bu gün ciddi hadisələr, həyatınızda köklü dəyişikliklərə səbəb olası heç nə baş verməyəcək. Çalışın, zəhmətkeş olun, öz işinizi başqasına həvalə etməyin.

Oxatan - dostlar, sizə əziz insanlar arasında istirahət etməyə çalışın. Qonaq qəbul edin, qonaq gedin, danışın, gülün - bir sözlə, həyatınızı sosial şəbəkələrdəki virtual və yalançı dünyaya qurban verməyin.

Oğlaq - işdə təmaslar və söhbətləriniz asan alınacaq, nəyisə müzakirə etmək fikrinə düşsəniz, məqsədinizə çatacaqsınız. Anlaşma əldə etmək asandır. Bununla belə, böyük ümidlər bəslədiyiniz mühüm işi bu gün gerçəkləşdirməyə çalışmayın.

Dolça - neytral gün olacaq. Təsərrüfat işlərini və ümumiyyətlə, bütün mühüm işləri günün ilk yarısında görməyə çalışın. Hadisələr öz axarı ilə, təxminlənən məcrada inkişaf edəcək.

Balıqlar - hərgah ailənizdəki "inqilab" sizin iştirakınız və xəbəriniz olmadan baş veribsə, tələsik açıqlamalar və sərt tənqidə yol verməyin. Travma və stresslər təhlükəsi var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.