Cəmiyyət

16 dərəcə isti olacaq - Sabahın HAVASI

2 Aprel 2017 12:31
193 Şərh     Baxış: 7 852
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 03-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5° isti, gündüz 10-14° isti, Bakıda gecə 3-5° isti, gündüz 10-12° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 772 mm civə sütunundan 769 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 85-95 %, gündüz 60-70 % təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti arabir yağış, dağlıq rayonlarda qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə arabir duman olacağı gözlənilir.

Arabir güclənən qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-6° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.