Cəmiyyət

Külək faciəyə səbəb oldu - Qız 7-ci mərtəbədən yıxıldı - YENİLƏNİB

31 Mart 2017 16:33
1 Şərh     Baxış: 18 225
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:33

Bakıda güclü külək faciəyə səbəb olub.

Milli.Az xalqxeber.az-a istinadla bildirir ki, hadisə Suraxanı rayonunun Hövsan qəsəbəsində əlillər üçün tikilmiş binada baş verib. 

Belə ki, E. Qasımov küçəsi ev 14, mənzil 75 ünvanında yaşayan 2000-ci il təvəllüdlü Natəvan Xankişi qızı Quliyeva rəfiqəsi ilə danışmaq üçün eyvana çıxıb. Saçları uzun olduğundan külək onu havaya sovurub və qəfildən qızı eyvandan çölə atıb. N. Quliyeva məhəccərdən tutub və evdəkiləri yardıma çağırıb. Balaca qardaşı onun köməyinə çatsa da, bacısını xilas edə bilməyib. Qız binanın 7-ci mərtəbəsinin eyvanından düşüb. 

Natəvan Quliyeva təcili olaraq xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib. 

İlkin ehtimallara görə, hadisə küləyin axşam saat 22:00 radələrində qəfildən gücləndiyi vaxt baş verib.

Əldə etdiyimiz məlumatlara görə, mərhum 11-ci sinif şagirdi imiş. Bu il ali məktəbə qəbul olmaq üçün imtahan verməyə hazırlaşırmış.

Qeyd edək ki, dünən axşam saatlarından başlayaraq ölkədə qeyri-sabit hava şəriti hökm sürür. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, Bakıda və Abşeron yarımadasında əsən güclü külək bu gün gecəyə doğru zəifləyəcək.

------------------

30.03.2017
23:56

Bakının Suraxanı rayonu ərazisində intihar hadisəsi baş verib.

Milli.Az "report"a istinadən bildirir ki,2000-ci il təvəllüdlü Natavan Quliyeva özünü Hövsan qəsəbəsində yerləşən binanın 7-ci mərtəbəsindən yerə atıb.

Zərərçəkmiş 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.