Cəmiyyət

70 minə satışa çıxarılan 64 illik maşın - "Atama görə almışdım" - FOTO

30 Mart 2017 22:44
6 Şərh     Baxış: 5 571
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qusarda 64 yaşlı "ZİM" 70 min AZN satışa çıxarılıb.

Milli.Az ARB-yə istinadən xəbər verir ki, Qusarda satışa çıxarılan "QAZ-12" markalı avtomobilin nə az nə çox düz 64 yaşı var.

Avtomobil sahibi Gülmət Şahbazovdan cəmi1 yaş kiçikdir. 70 min manata satılan avtomobilə ölkəmizdə nadir rast gəlinir. Sahibi onu 29 il öncə Qubadan 3 min rubla alıb. Lakin maşın ötən ilə qədər istifadə olunmayıb. Avtomobil 1 il ərzində sahibi tərəfindən saz vəziyyətə gətirilib.

Gülmət Şahbazov - Avtomobilin sahibi: "Atam xoşlayırdı. Ona görə atama almışdım. Atam rəhmətə gedəndən sonra dedim qoy belə qalmasın, düzəltdim".

Maşın ustası olan Gülmət Şahbazov avtomobildə çox cüzi dəyişiklik edib. O motor, oturacaqlar və təkərləri dəyişdirib. "QAZ-12"-nin əksər dettaları isə elə zavoddan buraxıldığı gündən bu vaxta kimi qalmaqdadır. 2 ton 700 kq çəkiyə malik avtomobilin uzunluğu 6 metrdir. "QAZ-24" motoru ilə təchiz olunan maşın 95 at gücünə malikdir. Buraxılışının ilk illərində "QAZ-12" yüksək vəzifəli məmurların xidməti maşını olub.

Retro maşınlara rəğbət bəsləyən Gülmət Şahbazov "QAZ-12"ni satdıqdan sonra digər qədim avtomobilinə ikinci nəfəs vermək niyyətindədir. O, 1948-ci ildə buraxılan "Pobeda"sını da təmir edərək sükanı arxasına əyləşmək istəyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.