Cəmiyyət

Valideynlər məktəblərdə yer tapmır - VİDEO

30 Mart 2017 21:28
0 Şərh     Baxış: 1 613
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni tədris ilinin başlamasına 6 ay qalmasına baxmayaraq əksər məktəblərdə indidən birinci sinifə qəbul yerləri dolub. Övladını elektron qeydiyyatdan keçirməyən valideynlər isə uşaqlarını məktəbə qoya bilmirlər. Rzayeva Adiyə də 117 saylı məktəbin hazırlıq kursunda oxuyur, amma birinci sinifə həmin məktəbdə gedə bilməyəcək. Buna səbəb isə məktəbdə birinci sinifə yerlərin dolmasıdır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, məktəbəqədər hazırlıq kursunda oxuyan Adiyə Rzayev həmin təhsil müəssisəsində birinci sinifə başlaya bilməyəcək. Səbəb məktəbdə birinci sinflər üçün olan yerlərin dolmasıdır.
Böyükxanım Cabbarova onun kimi bir neçə valideynin eyni problemi yaşadığını deyir. Onlar evlərinə yaxın olan bu məktəbdə uşaqlarının oxumasını istəyirlər.
Bakı şəhər təhsil idarəsində deyirlər ki, məktəblərə qəbul ancaq elektron qaydada həyata keçirilir. Övladı həmin məktəbdə hazırlıq kursu keçənlər də, baxmayaraq ki, artıq həmin müəssisədə qeydiyyatdadılar, elektron qaydada sənədlərini rəsmləşdirməlidirlər.
Bakı Şəhər Təhsil İdarəsindən bildirdilər ki, əhalinin sıx olduğu yerlərdə məktəblərdə agird sıxlığı yaranıb. Bunu aradan qaldırmaq üçün şagird sayına uyğun əlavə siniflər də açıla bilər.
Baxmayaraq elektron qeydiyyat cəmi bir neçə həftədir başlayıb, 27 mindən çox şagird artıq bu prosesdən keçib. Bu isə o deməkdir ki, illik planın 60 faizi dolub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Valideynlər məktəblərdə yer tapmır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.