Cəmiyyət

Görəsən, taksi sürücüləri Bakının küçə və yollarını nə qədər tanıyırlar? - VİDEO

30 Mart 2017 21:21
0 Şərh     Baxış: 867
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Taksi sürücüləri ilə bağlı problemlər bir neçə gündür gündəmdən düşmür. Taksilərlə bağlı standartlar elan edilir. Hətta taksi sürücülərindən xarici dil bilmək də tələb olunur. Biz isə bu gün taksilərlə bağlı daha realist davranmağa çalışmışıq. Onlardan hansısa xarici dil bilib-bilmədiklərini yox, hər şeydən vacib olan başqa bir şeyi soruşmuşuq. Görəsən, taksi sürücüləri Bakının küçə və yollarını nə qədər tanıyırlar? Çünki taksi müştərisi üçün gedəcəyi ünvana vaxtında yetişmək əsas məsələdir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, uzun illərdir taksü sürücüsü işləyənlər Bakının xəritəsini, küçə və yollarını nə qədər tanıyır?
Sorğumuz zamanı "Bakını yaxşı tanıyırıq" deyənlərin əksəriyyətinin paytaxtın küçə və yolları haqda məlumatsız olduqları üzə çıxdı.
Küçələrlə yanaşı, park və bağların yerini bilməyən sürücülər də var.
Tarixi mədəniyyət abidələrinə gəlincə isə...
Hansısa ünvanı əldə etməyin ən asan yolu naviqator cihazlarından istifadə etməkdir. Lakin sürücülərin çoxu bu naviqatordan da istifadə etmir.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən Xəzər Xəbər-ə bildirdilər ki, belə problemlərin həlli üçün taksi sürücüləri ilə bağlı tələblər hazırlanır. Həmin tələblər yaxın günlərdə açıqlanacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Görəsən, taksi sürücüləri Bakının küçə və yollarını nə qədər tanıyırlar?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.