Cəmiyyət

"Mən bu görüntülərdən dəhşətə gəldim" - polkovnik Vaqif Əsədov - VİDEO

30 Mart 2017 21:16
1 Şərh     Baxış: 3 490
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sujetin dırnaq arası qəhrəmanı bir avto xuliqandı. Deməli bu sürücünün törətdiyi qayda pozuntusu sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Təssəvür edin yüksək sürətlə əks istiqamətə hərəkət edərək həm özünün, həm sərnişinlərin, həm də yolda olan digər insanların həyatını təhlükəyə atır. Yol polisi həmin sürücünün tapılaraq cəzalandırılacağını bildirir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, birtərəfli yolda Əks istiqamətə çıxıb yüksək sürətlə avtomobil idarə edir. Nəticədə də, özünü,sərnişinləri və yolda olan digər hərəkət iştirakçılarını təhlükəyə atır.
İçərisində sərnişinlərində olduğu bu avtomobilin sürücüsü maşını qarşıdan gələn avtomobillərin birbaşa üzərinə sürür. Digər avtomobillər isə qəza baş verməsin deyə maşını sola çəkmək məcburiyyətində qalırlar. Bununla yanaşı, işıqları yandırıb-söndürməklədə xəbərdarlıq edirlər.
Görüntülər elə avtomobildə olan sərnişin tərəfindən qeydə alınıb.
Sürücü qarşıdan gələn avtomobillərlə toqquşa biləcəyini dərk etsə də, buna məhəl qoymayaraq yolun hərəkət hissəsindən kənara çıxmadığı və sürəti artırdığı görünür. Onların spirtli içki və ya narkotik maddənin təsiri altında olduğu ehtimal edilir. Hələ üstəlik törətdikləri qayda pozuntusu ilədə fəxr edirlər.
Bakı şəhər Dövlət yol polisi idarəsinin bölmə rəisi Vaqif Əsədov məsələdən xəbərdar olduqlarını və faktla bağlı araşdırmalara başlandığını bildirdi.
Bəzi hallarda bu cür sürücülər fikirləşirlər ki, yolda kamera yoxdursa qayda pozuntusu törətsələr belə onları yol polisi tapa bilməyəcək. Vaqif Əsədov bu fikirdə olan sürücülərə xəbərdarlıq edib.
Bu sürücünü 1 il sürücülük hüququ məhdudlaşdırılmaqla 500-750 manat arasında cərimə və yaxud 1 aya qədər həbs cəzası gözləyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.