Cəmiyyət

Bakıda avtobuslar üçün ayrılan xətlərin aqibəti - VİDEO

30 Mart 2017 21:12
1 Şərh     Baxış: 1 132
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtın Yusif Səfərov küçəsində çəkilən avtobus zolağının tələblərinə riayət olunmur. Əslində həmin zolaqda yalnız marşrut xətti üzrə hərəkət edən avtobusların hərəkətinə icazə verilir. Ancaq digər nəqliyyat vasitələri də həmin yolda rahatlıqla hərəkət edir. Halbuki minik avtomobillərinin bu yolda hərəkət etməsinin cəriməsi 40 manatdır.

Avtobus zolağına girən minik avtomobilinin sürücüsü yolun sonuna qədər zolaq üzrə hərəkət edir. Digər sürücü isə maşını bu zolaqda park edib. Hətta avtobus zolağında maşını geriyə hərəkət etdirənlər də var.
Görüntülər paytaxtın Yusif Səfərov küçəsindəndir.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu görüntülər isə eyni küçədə günün pik saatlarında lentə alınıb. Kadrlardan da aydın görünür ki, avtomobillər kütləvi şəkildə bu zolaqla hərəkət edirlər. Halbuki qanunvericiliyə görə, marşrut xəttində olan avtobus və operativ nəqliyyat vasitələrindən başqa digər avtobus və avtomobillərin bu yolda başdan-başa hərəkət etməsinin cəriməsi 40 manatdır.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev açıqlamasında bildirib ki, ərazidəki Agentliyə məxsus kameralarla bu zolaqda qaydanı pozan sürücülərin görüntüləri cərimələnməsi üçün çəkilərək yol polisinə göndərilir. Bakı Şəhər Baş Dövlət Yol Polisinin sözçüsü Vaqif Əsədov isə Xəzər Xəbər-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin göndərdiyi video-faktlar əsasında protokollar tərtib edilərək qayda pozan sürücülərin ünvanlarına göndərildiyini, həmçinin ərazidə xidmət aparan polis əməkdaşlarının qayda pozan sürücüləri yerində cərimələdiklərini dedi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda avtobuslar üçün ayrılan xətlərin aqibəti

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.