Cəmiyyət

Bu proqramları telefona yükləyərək istənilən adamı izləyə bilərsiniz - TƏHLÜKƏ - VİDEO - FOTO

30 Mart 2017 15:33
18 Şərh     Baxış: 88 432
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az xəbər verir ki, ARB TV-nin "Günə doğru" verilişində mobil telefonların izləmə qurğusuna çevrilməsi məsələsinə toxunulub.

Texnologiya inkişaf edir. Bundan məmnun qalanlar çox olsa da, narazılar da az deyil. Texnologiyanın inkişafıyla xüsusilə mobil telefonlara yazılan bəzi proqramlar var ki, onların vasitəsilə telefonla danışdığın insanın yerini təyin etmək mümkündür:

Bu texnoloji yenilik kimi nə qədər yaxşı olsa da vətəndaşlar bundan məmnun deyil:

Cahid İsmayıloğlu (İT Mütəxəssis): "Həmin əməliyyat sistemlərində olan naviqatorlar naviqator sistemləri ilə birbaşa olaraq əlaqəyə keçir, sizin harada olmanızla bağlı məlumatı ikinci-üçüncü şəxslərlə paylaşır".

Ekspertlər bildirirlər ki, bunun qarşısını almaq üçün istifadə olunan mobil qurğunun naviqator sistemini söndürmək kifayətdir. Digər bir proqram vasitəsilə isə telefona gələn və kontaktda olmayan nömrənin sahibini təyin etmək olur. Ekspertlər bildirir ki, bu proqramı mobil telefonuna yükləyən şəxslər digər proqram istifadəçilərinin kontaktını bilmiş olur.

Elçin Məmmədov da bu tip proqramların belə rahatlıqla yayılmasının tərəfdarı deyil. O hesab edir ki, konfedensiallıq qaydalarına mütləq əməl edilməlidir: "Sizin "kontakt list"inizdə varsa, həmin o şəxslərdə yoxdursa, serverə "uploud" olunduğu zaman həmin şəxslərdə sizin listənizdəki adlar göstərir".

Zəruri bir qeydi nəzərinizə çatdıraq ki, internetə çıxışı olan hər bir qurğunun yaddaşındakı məlumatların yayılmamasına heç bir zəmanət yoxdur. Bəziləri antivirus proqramları ilə bunun qarşısını almağa çalışsa da, bu mümkün deyil. Çünki antivirus proqramları istifadə edilən qurğunu yalnız viruslardan qoruya bilər.

Ekspertlər çıxış yolu da göstərir. Çətin olsa da bu, insanların öz əlindədir. Maksimum dərəcədə diqqətli olmaq lazımdır.

Orxan Əhmədov (İKT mütəxəssis): "Proqram yükləyib quraşdıranda şərtlər orada qeyd olunur. İnsanlar yaxşı olar ki, yükləyən zaman şərtləri oxusunlar. Şəxsi məlumatların kənara axının qarşısını almaq üçün əlindən gələn edilməlidir.

Bax belə. Texnologiyanın inkişafı yaxşı haldır. Amma çalışaq ki, bu inkişafdan xeyrimizə istifadə edə bilək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bu proqramları telefona yükləyərək istənilən adamı izləyə bilərsiniz - TƏHLÜKƏ

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.