Cəmiyyət

Azərbaycandan xaricə işçi göndəriləcək - İŞSİZLƏRƏ ŞAD XƏBƏR - VİDEO

29 Mart 2017 21:44
3 Şərh     Baxış: 5 779
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycandan Qətərə miqrant işçi qrupu göndəriləcək. Bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qətər rəsmiləri ilə danışıqlar aparılır.

Azərbaycandan göndəriləcək işçilər 2022-ci ildə Qətərdə keçiriləcək Futbol üzrə dünya Çempionatı üçün aparılan tikinti işlərində çalışacaqlar.

Nazirin sözlərinə görə, təkcə Qətər deyil, digər ölkələrlə də belə danışıqlar aparılır və dəqiq nəticə yaxın zamanlarda bilinəcək.

Ölkəmizdəki işsizlik səviyyəsində də danışan nazir bildirib ki, hesablamalara görə, 2025-ci ilə qədər hər il Azərbaycan bazarına 100 min yeni işçi qüvvəsi daxil oalcaq. Bu rəqəmləri nəzərə alaraq işsizlik səviyyəsinin artmaması üçün yeni iş yerlərinin açılmasına ehtiyac var.

Ölkədəki demoqrafik vəziyyətin dəyişməsindən də danışan nazir bildirib ki, son 20 ildə Azərbaycanda 65 yaşdan yuxarı olan insanlarin sayı 4,8 faizdən 6,2 faizədək artıb, hesablamalara görə isə 2050-ci ilə qədər bu rəqəm 23 % -ə çatacaq. Bunun üçündə nazirlik tərəfindən beynəlxalq təcrübə və çıxış yolları öyrənilir.

Milli.Az xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycandan xaricə işçi göndəriləcək - İŞSİZLƏRƏ ŞAD XƏBƏR

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.