Cəmiyyət

Daban çatlarını sağaldan MÜALİCƏ ÜSULLARI

28 Mart 2017 21:35
1 Şərh     Baxış: 2 267
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daban çatları demək olar ki, hər insanda rast gəlinə bilən problemdir. Xüsusilə də qadınlar üçün olduqca cansıxıcı haldır. Bu problemin öhdəsindən gəlmək isə elə də çətin deyil. Çox pul xərcləmədən evinizdə olan ərzaqlardan istifadə edərək dabanınızda yaranan çatları özünüz də müalicə edə bilərsiniz.

Milli.Az lent.az-a istinadən sizi bitki mənşəli müalicə üsulları ilə tanış edir.

Gül suyu
 
Gül suyu daban çatlarını aradan qaldırar, eyni zamanda ayaqlarınızın təravətli qoxmasını təmin edər. İstədiyiniz miqdarda gül suyu və nəmləndirici kremi bir qabda qarışdırın. Çatların olduğu bölgəyə çoxlu sürtün ki, nəmlənsin. Bu qarışımı gecə yatmazdan əvvəl çəkin və pambıq corab geyinin. Səhərisi dabanlarınız yumşaq olacaq.
 
Kakao və badam yağı
 
İstədiyiniz qədər kakao yağını və badam yağını qarışdırın. Problemli bölgəyə sürtərək yarım saat saxlayın. Çatlar gedənə qədər bu üsulu təkrarlayın.
 
Alma sirkəsi
 
Alma sirkəsi dəri səthindəki ölü hüceyrələri təmizləməklə yanaşı, dəridə olan bakteriyaların da yox olmasını təmin edir. Hər gün bir vedrə suyun içərisinə bir stəkan alma sirkəsi tökün və ayaqlarınızı bu qarışımın içərisində ən az 20 dəqiqə saxlayın.
 
Zeytun yağı
 
Dəriyə çox faydalı olan zeytun yağı daban çatlarına çox yaxşı təsir edir. Hər gün müəyyən fasilələrlə çatlar olan hissəyə zeytun yağı çəkin. Ancaq zeytun yağını sürtdükdən sonra problemli bölgəni şəffaf falqa ilə sarıyın. Bu əməliyyatı dabanınızdakı çatlar keçənə qədər tətbiq edə bilərsiniz.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.