Cəmiyyət

Tənəffüs yolunu 3 addımla təmizləyin

30 Mart 2017 23:50
0 Şərh     Baxış: 3 753
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birinci addım. Nəfəs çatışmazlığı varsa, nəfəsinizin doğru istifadəsini sadə üsullarla öyrənə bilərsiniz. Bunun üçün nəfəs idmanları tətbiq edin, nəfəs çatışmazlığı azaldacaq üsullardan istifadə edin.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ayaq üstə deyilsinizsə, kürəyinizi divar kimi etibarlı bir yerə söykəyərək dəstək alın. Bədəninizi yüngülcə önə doğru əyərək, kreslo yada kürsü kimi bir dəstəyə söykənin.

İkinci addım. Nəfəs idarəsi üçün burundan çox dərin olmayan nəfəs alıb, ağzınızdan nəfəsinizi verin. Əllərinizi sinənin üzərinə yerləşdirin. Burnunuzdan çiçək iyləyər kimi nəfəs alın, nəfəsinizi 3 saniyə tutun və dodaqlarınızı büzərək ağzınızdan verin. Bunu 2-3 dəfə təkrarlaya bilərsiniz.
Üçüncü addım. Bəlğəm atmaqda çətinlik çəkirsinizsə, oturma mövqeyində, istirahət halına keçin. Yuxarıda izah edilən tənəffüs məşqlərini edin. Bədəninizi geriyə doğru söykəyərək dərin bir nəfəs alın. Bədəninizi önə doğru əyərək, aldığınız nəfəsi öskürək olaraq verin. Bol su içməyi də unutmayın. Gün ərzində bu hərəkətləri 5-6 dəfə təkrarlayın.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.