Cəmiyyət

Hafizəni İslam təbabəti ilə necə gücləndirək?

30 Mart 2017 23:40
5 Şərh     Baxış: 4 262
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hafizənin zəif olması müasir dövrün bəlalarındandır ki, hər kəs ondan şikayət edir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İslam təbabəti ilə məşğul olan alimlərdən Ayətullah Təbrizian deyir: "Bəlğəm hafizənin zəifləməsinə təsir göstərər. Ona görə də bal yeməyi tövsiyə edirlər ki, bal həm hafizəni gücləndirər və həm də bəlğəmi azaldar. O şey ki, bəlğəmi azaldar, hafizəni gücləndirər.
Küncüd hafizəni zəiflədər, həmçinin göyərtini çox yemək və keşniş toxumu da hafizəni zəiflədər.
Yetişməmiş kal alma da hafizəni zəiflədər. Bu gün alma yığan zaman adətən onu kal yığarlar və qutuya qoyarlar ki, saralsın. Belə almalar hafizənin zəifləməsinə səbəb olar.
Hafizəni gücləndirməyin ən sadə yolu - kündür çeynəməkdir. Çünki insan kündür çeynəyən zaman bəlğəm dəf olar. Bundan əlavə, başqa bir yol da vardır. Kündür ilə mixəyi dəyirmandan keçirin və bir çay qaşığı qədər ondan yeyin. Ən güclü dərman İbni Məsudun dərmanıdır ki, kündürü, mixəyi və şəkəri bir-birinə qarışdırır.
Üç şey vardır ki, hafizəni gücləndirər: Quran oxumaq, misvak etmək, oruc tutmaq.
Az yatmaq və yaxşı yatmamaq da hafizəni zəiflədən amillərdəndir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.