Cəmiyyət

Mənəvi təkamülə nail olmaq üçün ən səmərəli yol hansıdır?

30 Mart 2017 23:15
0 Şərh     Baxış: 804
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Öz əməlləri üzərində nəzarəti artırmaq və mənəvi təkamülə nail olmaq üçün ən səmərəli yol hansıdır?

Bunun ən yaxşı yolu İslam əxlaqında çox təkid edilmiş əməl olan nəfsi hesaba çəkməkdir (əxlaq kitablarında buna "mühasibeyi-nəfs" deyirlər). Həzrət Mühəmməd Peyğəmbər (s) bu barədə buyurmuşdur: "Hesaba çəkilməzdən əvvəl özünüzü hesaba çəkin, (əməlləriniz) tərəzidə çəkilməzdən əvvəl özünüzü (yəni əməllərinizi) çəkin və böyük hesab gününə hazırlaşın" (Biharül-ənvar, 70-ci cild, səh. 73).

Milli.Az islam.az-a istinadən bildirir ki, mühasibeyi-nəfsin ən yaxşı üsulu budur ki, insan hər günün sonunda həmin gün ərzində etdiklərini bir-bir yadına salıb dəyərləndirsin, qazandığı savablara görə Allaha həmd etsin, etdiyi günahların tövbəsini yerinə yetirsin. İmam Musa Kazim (ə) buyurmuşdur: "Hər gün öz nəfsini sorğu-suala tutmayan adam bizdən (Əhli-beytin tərəfdarlarından) deyil. Əgər yaxşı iş görübsə, bunu (xeyir əməlin savabını) arırmağı Allahdan istəsin və Ona həmd etsin. Əgər pis iş tutubsa, Allahdan bağışlanmaq diləyib tövbə etsin" (Biharül-ənvar, 70-ci cild, səh. 72).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.