Cəmiyyət

"Ailəmizi bununla dolandırırıq" - Canavarlar kəndə hücum etdi - VİDEO - FOTO

27 Mart 2017 22:56
3 Şərh     Baxış: 2 729
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zərdab rayonunun Bıçaqçı kəndinə hücum edən yırtıcılar bir gecədə iki fərdi təsərrüfata ziyan vurub.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, öncə kənd sakini Kamran Musayevin  fərdi təsərrüfatına soxulan canavarlar, xırda buynuzlu heyvanlardan 3-nü parçalayaraq tələf edib, 33-nü yaralayıb, 7-sini isə  aparıb.

Zərərçəkənin sözlərinə görə təsərrüfatına ümumilikdə 5 min manatdan çox ziyan dəyib.

Kamran Musayev - zərərçəkən: "Canavar hardan gəlir bilinmir. Silah da yoxdur. Bu səbəbdən tez-tez belə hadisələr baş verir. Biz də gözümüzü təsərrüfata dikmişik, ailəmizi bununla dolandırırıq".

Vəhşi heyvanlar Bıçaqçının digər kənd sakini Kazım Məhəmməd oğlu İbrahimova məxsus təsərrüfata hücum edən canavarlar bir qoyunu tələf edib, birini isə yaralayıb.

Kənd sakinləri bununla əlaqədar rayon baytarlıq idarəsinə məlumat verib. Yaralı heyvanlar nəzarətə götürülüb. Qalanlarına isə quduzluq əlehinə vaksinlər vurulub.

Son 20 gün ərzində canavarlar təkcə Bıçaqçı kəndində 35 baş xırda buynuzlu heyvanı parçalayaraq tələf edib, 50-dən çoxunu yaralayıb, 20-ni isə aparıblar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.