Cəmiyyət

İranlı turistlərdən gələn qazanc büdcədən necə yayındırılır?

27 Mart 2017 13:01
5 Şərh     Baxış: 4 434
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il Novruz bayramı günlərində Azərbaycana başqa ölkələrdən, xüsusilə İrandan gələn turistlərin sayı ötənilki bayram günləri ilə müqayisədə çox olub.

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, Novruzda Azərbaycanda istirahət edən əcnəbilər arasında Rusiya, ərəb ölkələri vətəndaşları olsa da, iranlı turistlər öz saylarına görə çoxluq təşkil ediblər. İrandan gələn turistlərin çoxu bu dəfə ölkədə 1 həftədən çox qalıblar:

"Bayram günləri üçün Bakıda otellərdəki yerlərin çoxu İran turistləri tərəfindən bronlaşdırılmışdı. İrandan gələn aztəminatlı turistlər həm də ayrı-ayrı evlərdə qalıblar. Lakin bu, həm təhlükəsizlik nöqteyi-nəzərdən doğru deyil, həm də ölkənin büdcəsinə gəlir gətirmir".

M.Ağakərimov bildirib ki, Azərbaycanda aztəminatlı təbəqənin də dincələ bilməsi üçün 1 və 2 ulduzlu hotellərin və hostellərin tikilməsinə ehtiyac var.

AzTA rəsmisi əlavə edib ki, bayram günlərində Azərbaycana gələn qonaqlar yalnız Bakıda istirahət etməyiblər. Onların bəziləri regionlara, xüsusilə Quba, Qusar, Şəki və Qəbələyə səfər ediblər.

Qeyd edək ki, bu il Novruz bayramı günlərində 5 günlük iş həftəsi ilə işləyənlər 9 gün, başqa sözlə martın 18-dən 27-dək istirahət edə biliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.