Cəmiyyət

Müştərilərin kredit borcu müdirdən tələb edilir - 35 min dollar - VİDEO

26 Mart 2017 23:34
0 Şərh     Baxış: 2 249
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Filial müdirinin müştərilərə verdiyi kredit və ofis üçün aldığı avtomobilin krediti ondan tələb edilir.

Bank olmayan kredit təşkilatlarınından birinin Lənkəran filialında müdir vəzifəsində çalışan Sahil Qasımov müştərilərin ödənişlərində gecikmə olduğundan işdən uzaqlaşdırılıb. Qəribə məqam ondan ibarətdir ki, işdən çıxarılarkən onun atasının adına 35 min dollar kredit borcu yazılmasıdır.

Sahil Qasımov bildirir ki, bu vəzifədə çalışdığı 2014 və 2015-ci illərdə ona "ən yaxşı filial müdiri" adı verilib. O, mühafizəsiz ofisdə tək çalışdığı və ofisdə çoxlu pul olduğundan qorxduğu üçün epilepsiya xəstəliyi tapdığını bildirir. Onun sözlərinə görə, hətta ofis üçün 9 min manatlıq kreditlə aldığı avtomobilin pulu da adına yazılıb.
Hüquqşünas Asif Abdullayevin fikrinə görə, vətəndaşın müraciətindən elə başa düşülür ki, o kredit götürmədiyi halda təhdid edilərək müqavilə bağlanılıb. Belə olduqda pulun alınmadığına dair sübutlar toplanaraq məhkəməyə müraciət etmək lazımdır. Yalnız məhkəmənin qərarı ilə kredit müqaviləsinin təhdidlə bağlandığı sübuta yetirilə və ona xitam verilə bilər. Bu baş verərsə, hər hansı bir şəxs və ya qurumun vətəndaşdan kredit borcunu tələb edə bilməz.

Milli.Az xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Müştərilərin kredit borcu müdirdən tələb edilir -

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.