Cəmiyyət

Rayon avtovağzallarında bilet qıtlığı yaranıb - VİDEO

26 Mart 2017 22:46
0 Şərh     Baxış: 1 414
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Novruz bayramı ilə əlaqədar tətilini başa vurub Bakıya qayıdanlar bölgələrdəki avtovağzallarda izdihama səbəb olub, bilet tapa bilməyənlər saatlarla gözləyiblər.

Amma Gəncə avtovağzalında tətil sonrası sıxlıq əvvəlcədən bilet alan sərnişinlərə təsir etməyib.

Ancaq narazı sərnişinlərin sayı daha çox olub. Onlar kassalara müraciət edəndə bəzi sürücülərin vəziyyətdən sui-istifadə edərək qiyməti ikiqat qaldırdığını görüb.
Kassalarda isə deyiblər ki, paytaxta gedənlərin çoxu bileti əvvəlcədən aldığı üçün indiki reyslərə bilet qalmayıb.

Neqativ halların mövcudluğu ilə razılaşan avtovağzal rəhbərliyi vəziyyəti nəzarətdə saxlamağa çalışdıqlarını bildirib.

Bayram tətilinin son günündə Lənkəranın avtovağzalında da sıxlıq müşahidə olunub. Gün ərzində burdan iri və ortatutumlu 6 nəqliyyat vasitəsi paytaxta üz tuturdusa, ehtiyac yarandığınan əlavə avtobuslar xəttə buraxılıb.

Avtovağzal rəsmisinin verdiyi məlumata görə, qiymətlər bir sərnişin üçün 4 manat 42 qəpik təşkil edir.

Zaqatala şəhərlərarası rayon avtovaqzalından istifadə edənlər də ikiqat artıb. Rayondan Bakıya gedənlər üçün əlavə avtobuslar cəlb olunsa da, bəzi sərnişinlər bilet tapmaqda çətinlik çəkiblər.

Normal günlərdə 4-5 avtobus olurdusa, təlabata görə 10-12 avtobus xidmətdə olub.
Zaqatala-Bakı üzrə marşurut xəttinin gediş haqqı 6.69 manatdır.

Milli.Az xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Rayon avtovağzallarında bilet qıtlığı yaranıb - Vəziyyətdən sui-istifadə edənlər də var

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.