Cəmiyyət

Həzrət Əli (ə) hansı səbəbə görə şeytanı öldürmədi?

28 Mart 2017 23:40
5 Şərh     Baxış: 2 453
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cabir ibni Abdullah Ənsari nəql edir: "Biz Peyğəmbərlə (s) birlikdə Minada idik. Bir kişini gördük ki, səcdə və qunut edir, ağlayırdı. Dedim: "Ey Allahın Rəsulu! Necə də gözəl namaz qılır". Həzrət (s) buyurdu: "Bu kişi o şəxsdir ki, atanızı (Həzrət Adəmi) behiştdən xaric etmişdir".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) çəkinmədən ona tərəf getdi və onu silkələdi. Belə ki, sağ dişləri sola və sol dişləri də sağa getdi. Həzrət ona buyurdu: "Əgər Allah istəsə, səni öldürəcəyəm".
Şeytan dedi: "Allahın müəyyən etdiyi zamana qədər sən bu işə qadir deyilsən. Əgər məni öldürmək istəsən, Allaha and olsun ki, heç kəs səni düşmən bilməz, məgər o halda ki, mən düşmənlərinin mal və övladlarında müştərək olaram. Necə ki, Allah Təala möhkəm kitabında buyurmuşdur: "Və onların mallarına və övladlarına şərik ol". ("İsra" 64)".
Peyğəmbər (s) buyurdu: "Ey Əli! O, düz deyir. Qureyşdən bir nəfərin sənə kini yoxdur, məgər haramzadə olsun. Ənsardan yoxdur, məgər yəhudi olsun. Ərəbdən yoxdur, məgər nəslinə görə ittiham olunsun".
Sonra susdu və bir qədər sonra başını qaldırdı və buyurdu: "Ey ənsar dəstəsi! Övladlarınıza Əli (ə) məhəbbətini təqdim edin (yəni, yoxlayın). Əgər cavab versələr, onlar sizdəndirlər. Əgər inkar və imtina etsələr, sizdən deyildirlər"". (Həvzəh)
Cabir deyir: "Biz Əli (ə) məhəbbətini övladlarımıza təqdim etdik. Hər kim onu sevirdisə, bilirdik ki, öz övladımızdır. O kəsin ki, qəlbində Həzrətin (ə) kini vardı - özümüzdən uzaqlaşdırıb deyirdik ki, bizdən deyildir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.