Cəmiyyət

Üveys Qərani Həzrət Peyğəmbərlə niyə görüşməmişdi?

28 Mart 2017 23:20
2 Şərh     Baxış: 1 703
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Üveys Qərani Peyğəmbərin (s) nadir yoldaşlarından idi ki, zahidlik və təqvada çox uca məqama malik idi.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, dini dirçəltmək və Əli (ə) vilayətini bərpa etmək yolunda çoxlu səylərdən sonra Siffeyn döyüşündə şəhid olmuşdur. (Həvzəh)

O zaman ki, Üveys Yəməndə idi, dəvələrə baxırdı. Qoca anası vardı ki, ona qulluq edirdi. Peyğəmbərə (s) olan şiddətli sevgisinə baxmayaraq, Həzrəti (s) yaxından ziyarət etməyə müvəffəq ola bilməmişdi. Günlərin birində Həzrətə (s) olan sevgisi gücləndi və anasından Hicaza getmək üçün icazə aldı. Anası ona dedi: "Oğlum, Həzrətin (s) görüşünə get. Əgər Peyğəmbər (s) Mədinədə olmasa, yarım gündən çox orada qalma".
Üveys böyük zəhmətlə Yəməndən Mədinəyə gəlib çıxır, ancaq eşidir ki, Peyğəmbər (s) Mədinədə yoxdur. Yarım gündən çox fürsəti olmadığına görə, Mədinədə olan müsəlmanlara deyir ki, mənim salamımı Həzrətə (s) çatdırın. Deyin ki, Üveys adlı bir nəfər Yəməndən onu ziyarət etmək üçün gəlmişdi. Anasından icazəsi olmadığına görə vətəninə geri qayıtdı.
Bir müddət sonra Peyğəmbər (s) evinə qayıdır. Həzrət (s) buyurur: "Qəran məntəqəsindən behişt mehi əsir. Ah, necə də səninlə görüşməyə müştaqam. Ey Üveys Qərani! (Ey müsəlmanlar) hər kim onu görsə, mənim salamımı ona çatdırsın!".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.