Cəmiyyət

Bakıda qəza: 2 nəfər yaralandı

25 Mart 2017 23:00
0 Şərh     Baxış: 594
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisində "Ford" markalı mikroavtobus ilə "Mercedes" markalı minik avtomobili toqquşub. Hadisə yerinə dərhal cəlb olunan nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri avtomobillərdə sıxılmış vəziyyətdə qalmış 2 nəfər sərnişini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.