Cəmiyyət

Bakıda avtobus sürücüsü sərnişinlərin həyatı ilə oynayır - VİDEO

25 Mart 2017 21:33
0 Şərh     Baxış: 1 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu görüntülər Bakıda çəkilib. İndiyədək aparılmış maarifləndirmə və təbliğatlardan sonra bənzər hallar azalsa da, hələ də bəzi sürücülər həm öz, həm də sərnişinlərin həyatını təhlükəyə atmaqda davam edir. Baxmayaraq ki, sərnişinlə dolu avtobusların, o cümlədən banında adam daşıyan yük avtomobillərinin yanacaqdoldurma məntəqələrinə girişi qadağandır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu qaydanı pozan sürücünü 3 bal və 60 manatlıq cərimə gözləyir.
Hətta yanacağı qurtarmaq üzrə olsa da, sürücü məntəqəyə avtobusun sərnişinlərini kənarda düşürüb girməldir.
Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev isə bildirib ki, hazırda Bakıda bir sıra daşıyıcıların normal istehsalat bazası olmadıqından avtobuslar gecələr sürücülərdə qalır. Onların məsuliyyətsizliyi isə sözügedən halların yaranmasına səbəb olur. Buna görə də sahibkarlara xəbərdarlıq edilib və yaxın aylarda istehsalat bazası olmayan daşıyıcıların avtobusları xətdən yığışdırılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.