Cəmiyyət

Almanlar Dini Komitəni məhkəməyə verdilər

25 Mart 2017 14:13
0 Şərh     Baxış: 779
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhəri "Yevangelist-lüteran Dini İcması" Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini məhkəməyə verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dini icma komitədən onlara maddi yardım verilməsini tələb edib. 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində baxılan işdə icmanın iddiası rədd edilib.

Qərardan apellyasiya şikayəti verilib. İş Bakı Apellyasiya Məhkəməsinin hakimi Cahangir Yusifovun icraatına verilib. Proses martın 30-da davam etdiriləcək.

Qeyd edək ki, "Yevangelist-lüteran Dini İcması" 1994-cü il noyabrın 2-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. İcmanın üzvləri əsasən alman əsilli vətəndaşlardır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.