Cəmiyyət

Bakıda bu gecə işıqlar söndürüləcək

25 Mart 2017 10:15
5 Şərh     Baxış: 18 247
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda fəaliyyət göstərən şəbəkə Ümumdünya Vəhşi Təbiət Fondunun "Yer Saatı" beynəlxalq kampaniyasına qoşulacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Paşa İnşaat Ticarət Mərkəzləri Qrupunun qoşulduğu kampaniya zamanı - 25 mart tarixində, saat 20.30-dan 21.30-a dək Port Baku, Gənclik və 28 ticarət mərkəzlərinin fasad işıqları söndürüləcək.

Azərbaycanda İDEA İctimai Birliyinin koordinatoru olduğu kampaniyada hər il mart ayının son şənbə günü Ümumdünya Vəhşi Təbiət Fondu tərəfindən keçirilən aksiya zamanı bütün dünya üzrə hər kəs, dövlət və qeyri-dövlət, kommersiya təşkilatları, ictimai birliklər və s. həyatı vacib olmayan elektrik cihazlarını bir saat müddətinə söndürməyə çağrılır və bu addımla dünyada baş verən iqlim dəyişikliyinə diqqət arılması təşviq edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.