Cəmiyyət

Qəza törədən sürücü ziyanı ödəmir - VİDEO

24 Mart 2017 23:42
0 Şərh     Baxış: 2 590
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağdaş şəhər sakini Anar Məmmədov rayonun Pirkəkə kəndindən mərkəz istiqamtində hərəkətdə olarkən qəza baş verib.

Həmyerlisi Mehdi Eyyubov eyni istiqamətdə hərəkətdə olarkən idarə etdiyi minik maşını ilə onun avtomobilini əzib.

Araşdırmalar zamanı məlum olub ki, Mehdi Eyyubov bu qəzadan 1 bir ay əvvəl spirtli içkinin təsiri altında başqa bir qəza törədib. Sərxoş halda sükan arxasına keçdiyi üçün cərimə olunaraq sürücülük huququndan 1 il müddətinə məhrum edilib.

Mehdi Eyyubov bunu maddi imkanının olmaması ilə izah edir.

Hüqşünas Xəyal Bəşirov isə Anar Məmmədova məhkəməyə getməyi məsləhət görür. Zərərçəkən, əvvəlcə avtomobili servisə aparıb dəyən ziyanın miqdarını rəsmi şəkildə dəqiqləşdirməlidir. Daha sonra isə polis tərəfindən yazılan protokolu da götürüb məhkəməyə getməlidir. Belə olan halda qanun, qarşı tərəfə ziyanın ödənilməsini tələb kimi qoyacaq.

Milli.Az xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qəza törədən sürücü ziyanı ödəmir

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.