Cəmiyyət

Sürücülərin nəzərinə - VİDEO

24 Mart 2017 23:14
1 Şərh     Baxış: 2 647
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avtomobil sahibləri bazarda keyfiyyətsiz akkumulyatorların olmasından və seçim etməkdə çətinlik çəkdiklərindən şikayətçidirlər.

Sürücülər öncədən aldıqları akkumulyatorların daha çox işlədiyini deyirlər.

Hazırda bazara gətirilən və satılan akkumulyatorların qiyməti isə müxtəlifdir.
Avtomobil sahiblərinin əksəriyyəti ucuz akkumulyator almağa üstünlük verir. Ancaq mütəxəssislər bildirir ki, akkumulyator alarkən bəzi məqamlara diqqət etmək vacibdir ki, sonda aldadılmış olmayasan.

Adətən ekspertlər iki ildən az müddətə zəmanəti olan akkumulyatorları almağı məsləhət görmürlər. Çünki belə akkumlyatorların əksəriyyəti normal keyfiyyətdə olmayanlardır.

Bundan başqa, akkumulyatorun avtomobili istehsal edən zavodun təyin etdiyi parametrlərə uyğun olub-olmaması da vacibdir. Çünki avtomobilin akkumulyator üçün ayırdığı ölçüdən balaca və böyük olan akkumulyatorlar maşının işləməsinə mane ola, hətta başqa problemlərə də gətirib çıxara bilər.

Milli.Az xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bazarda keyfiyyətsiz akkumlyatorlar var

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.