Cəmiyyət

Yük maşınları Azərbaycan-Rusiya sərhədindən buraxılmır - 100 tondan artıq pomidor xarab olur - VİDEO

24 Mart 2017 23:04
0 Şərh     Baxış: 2 088
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan-Rusiya sərhədində yük maşınlarının Rusiya tərəfə buraxılmaması problemi hələ də davam edir.

100 tondan artıq pomidor xarab olma təhlükəsi ilə üz-üzə qalıb. Məlum olub ki, Rusiya ərazisində 20-dən çox yük dolu avtomobil bazarlara buraxilmayib. Rusiya bazarlarına kənd təsərrüfatı malları aparan azərbaycanlı fermerlər Moskvadan gələcək ekspertizanın cavabını gözləyirlər. Xaçmaz Gömrük İdarəsinin Samur gömrük keçid məntəqəsinin rəis müavini Cavid Nadirov yaranmış problemin həlli istiqamətində qonşu ölkənin aidiyyati qurumları ilə müzakirələr aparıldığını bildirib.

Milli.Az xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Yük maşınları Azərbaycan-Rusiya sərhədindən buraxılmır - 100 tondan artıq pomidor xarab olur

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.