Cəmiyyət

Bu yolda piyada zolaqları silinib - Piyada və sürücülər təhlükədə - VİDEO

24 Mart 2017 22:17
0 Şərh     Baxış: 767
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıtda sürücülərin və piyadaların hərəkətini asanlaşdıran piyada zolaqları pozulduğundan insanları çaş-baş salır. Bəzi küçə və prospektlərdə yenilənmələr olsa da, əksər ərazilərdə zolaqlar pozulub.

Xezerxeber.az məlumat verir ki, sakinlər yolu çətinliklə keçir, sürücülər isə harada piyada zolağının olmasından xəbərsizdir.

Sumqayıtda piyadaların rahat hərəkəti üçün çəkilən piyada zolaqları heç də ürəkaçan deyil.

Şəhərin müxtəlif ərazilərində, əsasən də əhalinin daha çox istifadə etdiyi küçə və prospektlərdə piyada zolaqları pozulub.

Sakinlər haradan necə keçəcəyini bilmirlər. Belə olan halda sürücülərlə piyadalar arasında problem yaşanır.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Sumqayıtdakı piyada zolaqlarının yenidən çəkildiyini bildirdi. Sadəcə olaraq bayramla əlaqədər işlərə ara verilib. İnsanlar, piyada zolağı olmayan yerlər haqqında Baş Dövlət Yol Polisi İdarəsinə xəbər verə bilərlər. Siqnal İdarəsi tərəfindən o sahələrin də zolaqlanması həyata keçiriləcək.

Milli.Az xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bu yolda piyada zolaqları silinib - Piyada və sürücülər təhlükədə

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.