Cəmiyyət

Məcburi köçkün ailəsi 24 ildir yaşadığı evdən çıxarılır - VİDEO

24 Mart 2017 21:36
26 Şərh     Baxış: 2 958
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məcburi köçkün ailəsi 24 ildir yaşadığı evdən çıxarılır. Buna səbəb paytaxtın Nərimanov rayonu Qarabağ küçəsindəki evin plana düşməsidir.

Söküntü və yeni binanın tikintisini aparacaq şirkət evin rəsmi sahibi ilə müqavilə bağladığından onlar yersiz qalacaq.

Söküntünü aparacaq şirkətlə imzalanan müqaviləyə əsasən tikinti aparılacaq müddətdə kirayə pulu evin rəsmi sahibinə ödənəcək və tikinti başa çatdıqda ona yeni ev veriləcək. Artıq qonşuluqdakı bir çox evlər boşaldılıb və sakinlər kirayə mənzillərə köçürülüb.

Məsələ ilə bağlı Nərimanov rayon İcra Hakimiyyətinin Təsərüfat şöbəsinin müdiri Hüseyn Cəfərovun verdiyi açıqlamaya görə, həmin ailə yaxın günlərdə yataqxanada mənzillə təmin ediləcək və yaşayış üçün bütün şərait yaradılacaq.

Milli.Az xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Məcburi köçkün ailəsi 24 ildir yaşadığı evdən çıxarılır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.