Cəmiyyət

Dırnaq yemək vərdişindən necə əl çəkmək olar?

25 Mart 2017 19:50
4 Şərh     Baxış: 2 647
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi insanlar yaşından asılı olmayaraq dıqnaqlarını və ya dırnağın yan hissəsində olan əti dişləyib qoparırlar. Bu isə əksər hallarda dırnağın ətraf hisəsində qızartılara və bəzən də ağrılara səbəb olur. Bu xəstəlik deyil, uşaqlıq yaşlarından qalan bir vərdiş hesab edilir. Bəs bu nə zaman baş verir və bu vərdişdən necə xilas olmaq mümkündür?
1. Dırnaq və ya onun ətini dişləyib qoparmaq müəyyən müddət ərzində baş verir. Bu ya dırnaq ətinin sərtləşib adamı qıcıqlandırdığı zaman, ya da əsəbləşəndə olur.Vərdişdən xilas olmaq istəyirsinizsə o zaman dırnaqlarınızın dibinə təzə qırmızı bibər sürtün.
2. Yanınızda adam olarkən və ya iclasda olduğunuz zaman dırnaqlarınızı yemək istdikdə özünüzə başqa bir işlə məşğul edir. Milli.Az immunitet.az-a istinadən bildirir ki, əlinizə bir vərəq alın və cızma-qara etməyə çalışın.
3. Insanlarin içərisində dırnaqlarınızı yemək vərdişində əl çəkmək istəyirsinizsə o zaman barmaqlarınızın başını sabunlayın və yumayın. Əlinizi ağzınıza aparmaq istədikdə o zaman sabunun iyi və dadı buna mane olacaq.
4. Dırnaq yemək vərdişindən xilas olmağın yollarından biri də dırnaqlara lak sürtməkdir. Bu üsulu kişilərdə tətbiq eləmək mümkün deyil, amma, kişilər lak yerinə dırnaqlarının dib hissəsinə qırmızı bibər suyu sürtə bilərlər.
5. Dırnaqları kökündən ksmək də bu vərdişdən xilas olmağın yollarından biridir.
6. Stress səbəbli dırnaqlarınızı yeyirsinizsə o zaman əsəbləşəndə başınızı qatmağa başqa bir vərdiş seçin. Məsələn, su için, uzanıb yatmağa çalışın və s.
7. İradənizin möhkəmliyini yoxlayın. Özünüzə söz verin ki, bir də dırnaqlarınızı yeməyəcəksiniz, çünki, dırnaq dibi ətinizə mikrob düşər və infeksiya əlamətləri meydana çıxa bilər.
8. Əgər siz ev şəraitində dırnaqlarınızı yeyirsinizsə o zaman ətrafınızda olan yaxın adamlardan siz dırnaqlarınızı yeyən zaman sizin əllərinizə vurmağını xahiş edin. Bu sistematik olaraq təkrarlandıqda o zaman siz avtomatik olaraq dırnaqlarınızı yeməkdən əl çəkəcəksiniz.
 Bu pis vərdişdən doğurdan da əl çəkmək istəyirsinizsə o zaman hamının dırnaq əti yeməmək barədə hamının məsləhətlərinə qulaq asın və əməl edin.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.