Peyğəmbərimiz Məhəmməd (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Gözünüzə ismid çəkin! Çünki o, gözə parlaqlıq verir və kirpikləri bitirir". (əl-Buxari "Tarix" əsəri, 4 /2 /412; Silsilətul-Əhadisis-Səhihə, 665).
Milli.Az zikr.az-a istinadən bildirir ki, İsmid sürmənin bir növüdür. Sürmə, qara-qırmızıya çalar və ya bənzər daş növüdür. Bu daşların bir qismi daha çox qaraya, bir qismi isə qırmızıya çalar. Sürmə çəkmək deyildikdə isə, şəfa tapmaq və ya gözəl görünmək məqsədilə həmin daşın tozunu milçə ilə kirpiklərin dibinə sürtmək nəzərdə tutulur. Peyğəmbər gözlərinə sürmə çəkmiş, habelə ümmətini də buna rəğbətləndirmiş, üstəlik sürmənin gözə nə dərəcədə faydalı olduğunu xəbər vermişdir. Peyğəmbər yatmazdan əvvəl hər gözünə üç kərə sürmə çəkər və ümumiyyətlə bunu tək sayda etməyi məsləhət görərdi. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Sizdən biriniz (gözlərinə) sürmə çəkdiyi zaman bunu tək sayda etsin". (İmam Əhmədi, 2/351).
Digər bir hədisdə isə Peyğəmbər demişdir: "Allah Vitrdir (yəni, Təkdir) və tək sayı sevir". (əl-Buxari, 5931).
İslam alimləri Peyğəmbərin buyurduğuna uyğun şəkildə gözə sürmə çəkməyin iki yolu olduğunu söyləmişlər: "birincisi, əvvəlcə sağ gözə üç kərə, sonra da sol gözə üç kərə sürmə çəkmək; bu da üç dəfə üç dəfə yuyulan dəstəmaz əzalarına bənzəyir; ikincisi isə sağ gözdən başlayıb elə sağ gözdə də qurtarmaqla və bir-bir növbə ilə çəkməklə sağa üç, sola isə iki kərə sürmə çəkmək. Beləliklə də, hər iki gözə cəmi beş kərə, yəni, iki gözə birlikdə tək sayda sürmə çəkmiş oluruq. Ənəs ibn Malik rəvayət edir ki, "Peyğəmbər sağ gözünə üç kərə, sol gözünə isə iki kərə sürmə çəkərdi". (İbn Səd "Təbəqat" 1/ 484; "Silsilətul-Əhadisis-Səhihə" 633).
Gözə sürmə çəkməyin nə dərəcədə faydalı olduğu barədə isə böyük və mötəbər islam alimi İbnul-Qeyyim (Allah ona rəhmət eləsin) demişdir: "Sürmə çəkmək, gözün sağlamlığını qoruyur, onun nurunu artırır, onu zərərli şeylərdən qoruyur, gözdəki çirki təmizləyir, üstəlik gözlərə gözəl görünüş verir". (Zadul-Məad fi Hədyi Xeyril-İbad, 4/ 257).
Milli.Az
Cəmiyyət
Gözə sürmə çəkmək nəyə görə xeyirlidir?
25 Mart 2017 20:20
8 Şərh
Baxış: 3 894
DİGƏR XƏBƏRLƏR
- Günün qoroskopu: Gərəkli anlarda yaxşı reaksiya tələb olunur
- Pensiyaların yubanması ilə bağlı yayılan məlumatlara CAVAB
- Hər yerdə məzə obyektinə çevrilən deputat - VİDEO
- Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın FOTOsu
- Bakı-Sumqayıt qatarını daşa basan 3 azyaşlı saxlanıldı
- Bilməyənlər bilənlərə öyrətsin- Ordan-burdan silsiləsindən - Yunus Oğuz yazır
XƏBƏR LENTİ
- Qubada yerin təkindən qanunsuz istifadə edənlər cəzalandırılıb - FOTOlar
- İran Dövlət Televiziyası: Heç bir nüvə obyekti hədəfə alınmayıb
- Bakıda avtomobil 7 yaşlı uşağı vurub
- İranın bir sıra bölgələrində uçuşlar dayandırılıb
- İsrail İranı vurdu - YENİLƏNİB - VİDEO - FOTO
- Sumqayıtda qətl hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 9 il aradan sonra bu serialla qayıdır
- Konfrans Liqası: "Fənər” “Olimpiakos” səddinə ilişdi
- Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir
- Bu əlamətlər varsa, ərinizdən boşanmanın vaxtıdır
- Argentinanın NATO-ya müraciətinə Rusiyanın reaksiyası
- Suriya hərbçiləri pusquya düşdü: 16 nəfər öldü
- Teleqramda da stikerlər düzəltmək mümkün olacaq
- Bakının mərkəzində yarım milyonluq qəza - FOTOlar
- İbrahim Tatlısəslə oğlu arasında qalmaqal
- "Qarabağ"ın keçmiş rəqibi İngiltərə səddini də keçdi
- ABŞ və İsrail rəsmiləri İranın hücumlarını müzakirə etdilər
- "Səninlə Şuşaya getməyi çox istəyirdi, amma..." - FOTOlar
- İdarəolunmaz xəstə... - Zaxarovadan eston komandana cavab
- ABŞ Fələstinlə bağlı qətnaməni blokladı
- Yuxuda danışmaq, üzün qızartısı: İdarə edə bilmədiyimiz qabiliyyətlərimiz - ARAŞDIRMA
- Boşanmaq Colinin işinə yaradı
- Yerkökü və qaragilə görməni yaxşılaşdırır?
- Dilandan transparan libasda FOTOlar