Doğrusunu Allah bilir. Kiminsə qəbirinin üstündə ilan görməklə o adamın qəbirdə əziyyət çəkməsinə hökm vermək olmaz. Peyğəmbər (salallahu aleyhi və səlləm) demişdir: "Mömin bəndə dəfn ediləndə qəbir ona deyir: "Salam, xoş gəldin. Sən üstümdə gəzənlərin ən sevimlisi idin. İndi mənə verildin. Sənin üçün nə edəcəyimi görəcəksən". Sonra qəbir gözün gördüyü məsafə qədər genişlənir və Cənnətdən bir qapı açılır. Kafir və ya günahkar bir qul dəfn olunanda isə qəbir ona: "Sənə "xoş gəldin" düşmür və heç də xoş gəlmədin. Sən mənim üçün üstümdə gəzənlər arasında ən pisi idin. İndi mənə qayıtdın və mənə əmanət edildin. İndi sənə nə edəcəyimi görəcəksən", - deyir. Sonra da qəbir onu qabırğa sümükləri bir-birinə keçənədək sıxır".
Milli.Az zikr.az-a istinadən bildirir ki, bu hədisi rəvayət edən Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) deyir ki: "Rəsulullah barmaqlarını bir-birinə keçirdi və buyurdu: "Allah ona qəbrində yetmiş ilan göndərir. Əgər onların biri yer üzünə üfürsə, dünya durduqca orada heç nə bitməz. O ilanlar həmin münkiri qeyri müsəlmanı haqq-hesab gününədək narahat edir, sancır". Peyğəmbərimiz dedi ki: "Qəbir ya Cənnətin bir bağçası, ya da Cəhənnəmin bir quyusudur". (Tirmizi).
İlanla bağlı qəribə hadisə ərəb ölkələrinin birində baş verib. Bildirilir ki, bir gün Zərka şəhərində bir məsciddə cümə namazını qılırdıq. Bizimlə bərabər elm tələbələri və Kuveytli alim var idi. İnsanlar məsciddən çıxmışdılar. Biz isə orada oturmuşduq. Birdən bir qrup insan vahimə içərisində məscidə daxil olaraq: İmam harada, İmam harada" deyə səsləməyə başladılar. Kuveytli alimin yanına gələrək: "Şeyx, bizdən bir gənc bu gün qəza nəticəsində dünyasını dəyişmişdir. Qəbirini qazıdıqda içində bir ilan gördük. Biz bu ana qədər gənci dəfn edə bilməmişik. Nə edək?". Şeyx və biz də qalxıb qəbiristanlığa getdik. Qəbirə baxdıqda içində qıvrılmış bir ilan gördük. Başını içinə soxmuş, quyruğunu isə çölə çıxarmışdır. Gözü görsənirdi və insanlara baxırdı. Şeyx: "Buranı buraxıb, digər bir yerdə qəbir qazın" dedi. Təqribən 200 metr aralıqda qəbir qazdıq. Sona yaxınlaşdıqda həmən ilanı gördük. Şeyx: "O, biri qəbirə baxın" dedi. Baxdıq ki, orada olan ilan yerin altı ilə sürünərək bu qəbirdən çıxmışdır. Şeyx: "Üçüncü, dördüncü dəfə də qazsaq ilan çıxacaq. İlanı öldürməkdən başqa çarəmiz yoxdur" dedi. Dəyənək və Sopalar gətirildi. İlan isə qəbirdən çıxaraq çuxurun başında oturdu. İnsanlar vahimə içində geri çəkildilər. Toz qaldıraraq ölünün üstünə hücüm etdi. İlan adamın ayaqlarından başlayaraq başına qədər sarılıb dolandı. Sonra onu şiddətlə yerə çırpdı. Sümüklərinin qırılmasını eşidirdik. Toz yatdığı zaman qəbirə yaxınlaşdıq. İlan ölüyə dolanaraq dayanmışdı. Heç bir şey etmədik. Şeyx: "Üzərini örtün" dedi. Biz də torpaqla örtdük. Sonra ölənin atasının yanına gedərək oğlunun halını soruşdular. Atası: "Ata-anasına itaətkar bir gənc idi. Lakin namaz qılmırdı" dedi. (Risalətu-l-Acilə" kitabı səh. 46-50).
Milli.Az
Cəmiyyət
Qəbirin üstündə ilanların olması nə anlamındadır?
25 Mart 2017 19:10
14 Şərh
Baxış: 25 796
DİGƏR XƏBƏRLƏR
- "Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
- Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - VİDEO
- Günün qoroskopu: Gərəkli anlarda yaxşı reaksiya tələb olunur
- Pensiyaların yubanması ilə bağlı yayılan məlumatlara CAVAB
- Hər yerdə məzə obyektinə çevrilən deputat - VİDEO
- Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın FOTOsu
XƏBƏR LENTİ
- Qətl törədən azərbaycanlının evindən görün nələr TAPILDI? milyonlarla pul...
- Bakıya gəlib, “Brilyant əl”in məşhur səhnəsini TƏKRARLADI – FOTO
- Kəmaləddin Heydərov polkovniki yüksək vəzifəyə təyin etdi - FOTO
- Xəstə yaxınlarına dərmanlar ancaq bu halda verilə bilər
- Rusiyada hərbi təyyarə qəzaya uğradı - Pilot öldü - Yenilənib - ANBAAN VİDEO - FOTO
- Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO
- İran XİN rəhbəri: “İranın cavab tədbirləri başa çatıb”
- "Xəzər səması-2024" birgə taktiki təlimi keçirildi - VİDEO - FOTO
- “Hörümçək adam”ın adından dələduzluq - FOTO
- İsrailə cavab verəcəyik - Hizbullah
- Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
- "Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
- Sərxandan Kamran Həsənliyə: “Pulla efirə çıxmaq irsi olaraq sizdən keçib”
- Qumenyuk vəzifəsindən azad edildi
- Fransanın növbəti diplomatları qovulub - "Observer Online" yazır
- Bakıda tıxacda sürücülər arasında əlbəyaxa dava düşdü - VİDEO
- Bakıda Dünya kuboku start götürür
- “Bir dəfə anama müdiri dedi ki... - Anam ağladı” - VİDEO
- Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
- İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
- Yenicə toyu olan Xəyalə Manaflının arxiv görüntüləri yayıldı - VİDEO
- Məhkəmə Dilan Polatla bağlı qərar verdi - FOTO
- “iPhone” istifadəçilərinə pis xəbər - kiberhücum oldu
- Qayalar yarılaraq Kəlbəcərə qaz xətti çəkilir - VİDEO