Cəmiyyət

Evdə pişik saxlamağa icazə verilirmi?

25 Mart 2017 23:45
16 Şərh     Baxış: 3 129
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əgər onun haqqını verə bilsəniz, əlbəttə saxlamaq olar. Yəni ona yemək vermək və əziyyət verməmək şərti ilə saxlamaq olar. Muhəmməd peyğəmbər (salləllahu aleyhi və səlləm) bu haqda belə demişdir: "O (pişik), murdar deyil. Ancaq o, sizin yan-yörənizdə çox gəzib dolaşan bir heyvandır". (Əbu Davud, 75).
Milli.Az zikr.az-a istinadən bildirir ki, hədisdən məlum olur ki, pişik pak bir heyvandır. Buna görə də onu evdə saxlamaq qadağan deyildir. Hətta Abdurrahmən adlı bir səhabə (Allah ondan razı olsun) pişikləri çox sevdiyi üçün peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) ona Əbu Hureyrə ("pişiklərin atası") kunyəsini (ləqəbini, təxəllüsünü) vermişdir.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.