Cəmiyyət

Qibləni necə təyin etmək olar?

25 Mart 2017 23:15
1 Şərh     Baxış: 17 962
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qibləni müxtəlif üsullardan istifadə edərək müəyyənləşdirmək olar. Başqasının evində namaz qılarkən qiblə istiqamətini bilmirsinizsə, ilk növbədə evin yiyəsindən və ya qonşulardan soruşun. Hal-hazırda telefonlarda namaz vaxtlarını və qiblə istiqamətini göstərən proqramlar yayılmışdır. Bir neçə dəfə qibləni bildiyiniz yerlərdə bu proqramları sınayın, doğru göstərsə istifadə edə bilərsiniz. Həmçinin qibləni kompasla da təyin etmək olar. Azərbaycandasınızsa, kompasa baxaraq cənub istiqamətindən azca sağa dönmək lazımdır. Bakıda kompasla bu rəqəm 207 dərəcəni göstərir. Həmçinin, havaya baxıb günəşin çıxma-batma istiqaməti ilə tapmaq olar. Azərbaycandasınızsa, sol çiyniniz gün çıxan tərəfə (şərqə), sağ çiyniniz isə gün batan tərəfə (qərbə) doğru durun. Bu zaman üzünüzü cənuba tutmuş olacaqsınız. Sonra azca sağa dönsəniz qibləyə yönəlmiş olacaqsınız. Digər bir üsul isə günəşli havada qibləni günəşə baxaraq tapmaqdır.

Milli.Az zikr.az-a istinadən bildirir ki, qiblə saatı deyilən vaxt var. Həmin saatda günəş qiblə istiqamətində olur. Bakıda qış mövsümündə bu təqribən 14:00 radələrində, yay mövsümündə isə 14:30 radələrində olur. Qibləni müəyyənləşdirə bilməsəniz, təxmini bir istiqamət götürüb qıla bilərsiniz. Uca Allah buyurur: "Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah (hər şeyi) Əhatəedəndir, Biləndir". (əl-Bəqərə, 115). Əgər namaz qılıb qurtarandan sonra bəlli olsa ki, qibləni səhv təyin etmisiniz, namaz səhihdir və yenidən qılmağa ehtiyac yoxdur. Cabir (Allah ondan razı olsun) deyir: "Biz, Allahın Rəsulu (ona Allahın salavatı və salamı olsun) ilə yürüşə çıxmışdıq və (hava) dumanlandı. Qiblənin istiqamətini müəyyən etməyə çalışdıq və bu barədə ixtilafa düşdük. Hər kəs öz bildiyi kimi namazını qıldı və bizdən bir nəfər yönəldiyi istiqaməti nişanladı ki, sonradan bunu yoxlasın. Növbəti səhər biz baxıb gördük ki, biz qiblədən digər istiqamətə yönələrək namaz qılmışıq. Biz bu barədə Peyğəmbərə, Allahın ona salavatı və salamı olsun, bildirdik və o, bizə namazı təkrar qılmağı əmr etmədi və dedi: "Namazınız səhihdir". (əl-Hakim, 743).
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.